"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz

Redaktor

15.12.2025 15:02
299

"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz

ABŞ Federal Ehtiyatlar Sisteminə (Fed) sədr postu uğrunda mübarizədə namizədlərin sayı ikiyə enib. Son günlərin ən çox müzakirə olunan fiqurlarından biri olan ABŞ Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett, Fed-in siyasi təsirlərdən kənar fəaliyyət göstərməli olduğunu bəyan edib.

Valyuta.az xəbər verir ki, CBS telekanalına verdiyi müsahibədə Hassett bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikirləri önəmli olsa da, faiz qərarlarına heç bir təsir göstərə bilməz.

Hassettin deyib: “Trampın baxışları, təbii ki, önəmlidir və onun fikirinə hörmətlə yanaşıram. Lakin Fed-in əsas prinsipi müstəqil olmasıdır. Günün sonunda Trampın açıqlamaları faiz qərarlarına təsir göstərə bilməz. Fed sədri olsam da, bu prinsip dəyişməyəcək”.

Qeyd edək ki, bazarlarda daha yumşaq (güvercin) monetar siyasət tərəfdarı kimi tanınan Hassettin açıqlamaları diqqətlə izlənilir. Tramp isə dəfələrlə yeni Fed sədrinin faiz endirimlərini dəstəkləməli olduğunu vurğulayıb. Son çıxışında o, faiz dərəcələrinin 1% və ya daha aşağı səviyyədə olmalı olduğunu bildirib.

Son iki namizəd: Hassett və Warsh

Trampın yeni Fed sədrinin adını yanvar ayının əvvəlinədək açıqlaması gözlənilir. Məlumatlara görə, Kevin Hassett və Fed-in keçmiş idarə heyəti üzvü Kevin Warsh hazırda sədr postu uğrunda qalan son iki əsas namizəddir.

Digər tərəfdən, JPMorgan Chase bankının baş icraçı direktoru Jamie Dimon da Fed sədrliyi məsələsində Kevin Warsh-a dəstək verdiyini açıqlayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...