Redaktor
“Diler İnşaat” Ağdamda 32 milyon manatlıq bərpa işləri görəcək
“Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, satınalma çərçivəsində Ağdam şəhərində yerləşən 5 nömrəli yaşayış massivində yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya xətlərinin çəkilişi və avadanlıqların quraşdırılması nəzərdə tutulur.
Bu məqsədlə 31 milyon 934 min 173 manat 84 qəpik məbləğində vəsait ayrılıb.
“Diler İnşaat” QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Şirkət 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə 2010 manat təşkil edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026