Redaktor
Bu avtomobillər ucuzlaşa bilər?
Azərbaycanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bu halda həmin avtomobillərin qiyməti ucuzlaşacaq?
Vaalyuta.az xəbər verir ki, Nəqliyyat eksperti Eldəniz Cəfərovun Metbuat.az-a açıqlamasına görə, ölkəmizdə elektrik mühərrikli avtobusların, yəni elektrobusların istehsalı prosesinə başlanılıb və bu tip nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin istehsalı da mümkündür:
"Ancaq hər hansı məhsulun müəyyən ölkədə istehsal olunması həmin məhsulun, bu halda avtomobilin qiymətinin mütləq ucuz olacağı anlamına gəlmir. Sadəcə olaraq, daha əlverişli və daha səmərəli qiymətlərlə bu avtomobillər vətəndaşlara təklif oluna bilər".
E.Cəfərovun sözlərinə görə, bu növ avtomobillər ölkəmizdə istehsal ediləcəyi təqdirdə müəyyən rüsumlardan azadolmalar da mümkün olacaq ki, bu da həmin nəqliyyat vasitələrini vətəndaşlar üçün daha əlçatan edə bilər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026