Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

Redaktor

11.11.2025 12:23
290

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

ABŞ-ın investisiya nəhəngi "Berkshire Hathaway" şirkətinin baş icraçı direktoru Uorren Baffet ilin sonunda bu vəzifədən ayrılacağını təsdiqləyib.

Valyuta.az xəbər verir ki, dünyanın ən varlı iş adamlarından biri olan və "Omaha kahini" ləqəbi ilə tanınan 95 yaşlı Baffet səhmdarlara ünvanladığı məktubda rəhbərlik postunu 63 yaşlı Qreq Ebelə təhvil verəcəyini bildirib.

AFP-nin məlumatına görə, Baffet məktubunda qeyd edib: "Qreqdən daha yaxşı bir baş icraçı direktor düşünə bilmirəm". O, əlavə edib ki, investorların inamı tam formalaşana qədər bəzi səhmləri özündə saxlayacaq.

Baffet vəzifəsini təhvil verdikdən sonra şirkətdə yalnız İdarə Heyətinin sədri kimi qalacaq. Bundan sonra investorlarla birbaşa əlaqəni yeni Qreq Ebel həyata keçirəcək.

Bloomberg Milyarderlər İndeksinə əsasən, Uorren Baffet 148 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 11-ci insanıdır. O, sürətli zənginləşmə metodlarına qarşı çıxışı və uzunmüddətli sərmayə strategiyaları ilə tanınır.

Baffetə məxsus “Berkshire Hathaway” şirkəti “Apple”, “Amazon”, “American Express” və “Chevron” kimi qlobal nəhənglərin əhəmiyyətli həcmdə səhmlərinə sahibdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...