“Binance Pay” 20 milyon merçanta çatdı

Redaktor

24.11.2025 16:01
190

“Binance Pay” 20 milyon merçanta çatdı

2025-ci ilin sonuna yaxın kriptödəniş sektoru yeni bir miqyaslanma mərhələsinə qədəm qoydu. Bu prosesin ən mühüm göstəricilərindən biri isə Binance Pay şəbəkəsinin kəskin genişlənməsi oldu. Şirkətin məlumatına görə, bu gün artıq dünyada 20 milyon nəfərdən çox merçant Binance Pay-dən istifadə edir. Bir neçə il öncəyə qədər kriptödənişlərin yalnız niş alət sayıldığı bir sənaye üçün bu rəqəmlər qlobal ödəniş infrastrukturunda baş verən struktur dəyişikliyini ilk növbədə stabilkoinlərin təsiri sayəsində açıq şəkildə göstərir.

Steblkoinlər və onların transsərhəd ödənişlərdə rolu

Steblkoin istifadəsi sürətli və proqnozlaşdırıla bilən beynəlxalq köçürmələrə olan tələbin artması fonunda genişlənib. Bank əməliyyatlarından fərqli olaraq yüksək komissiya yükü və iş qrafikindən asılılığı ilə steyblkoinlərlə hesablaşmalar real vaxt rejimində həyata keçir və mürəkkəb infrastruktur tələb etmir.

Bu xüsusiyyətlər gündəlik ödəniş praktikasını tədricən dəyişdirir. Binance Pay nümunəsində 2025-ci ildə aparılan bütün B2C əməliyyatların 98%-dən çoxu steyblkoinlərlə, yani USDT və USDC-dən tutmuş regional tokenlərə qədər icra olunub. 2021-ci ildə xidmət istifadəyə verildiyi vaxtdan bu günə qədər ümumi emal olunan ödəniş həcmi 250 milyard ABŞ dollarını keçib ki, bu da istifadəçi bazasının genişlənməsini və bank məhdudiyyətlərindən asılı olmayan alətlərə marağın artmasını göstərir.

Sahəyə dair məlumatlar: dinamikanın sürətlənməsi

Ümumi tendensiya sektor tədqiqatları ilə də təsdiqlənir. Artemis şirkətinin 2025-ci ilin oktyabr hesabatına əsasən, steyblkoinlərlə aparılan aylıq ödəniş həcmləri 10 milyard ABŞ dollarını ötüb və ilin əvvəlindən bəri 80%-dən çox artım nümayiş etdirib. EY analitikləri proqnozlaşdırırlar ki, 2030-cu ilə qədər steyblkoin ödənişlərinin payı qlobal ödəniş bazarının 5–10%-ni təşkil edə bilər. Bununla belə, ayrı-ayrı ekspertlərin fikrincə, real artım daha yüksək ola bilər, çünki rəqəmsal infrastrukturun genişlənməsi və kripto alətlərinə çıxışın sadələşməsi prosesi sürətlənir. Eyni zamanda, ənənəvi maliyyə institutlarının marağı da artır. 2025-ci ildə SWIFT vahid blokçeyn platforması əsasında həll prototiplərinin tətbiqinə başlayıb ki, bu da beynəlxalq hesablaşmaların konservativ sektorunda kriptotexnologiyalara münasibətin dəyişdiyini göstərir.

İnfrastruktur və istifadənin coğrafiyası

Kriptödəniş şəbəkələrinin genişlənməsi təkcə kiçik biznes hesabına deyil, həm də iri şirkətlərin bu metodları öz standart əməliyyatlarına inteqrasiya etməsi sayəsində baş verir. Müxtəlif ölkələrdə otellər, pərakəndə satış şəbəkələri, xidmət müəssisələri və yerli ticarət platformaları kripto ilə ödənişləri iş proseslərinə əlavə edirlər.
Eyni zamanda bir sıra dövlətlər kriptoservisləri milli ödəniş sistemlərinə birləşdirir. Latın Amerikası və Asiyada QR-sistemləri və tam rəqəmsal interfeyslər vasitəsilə ödənişləri mümkün edən inteqrasiyalar genişlənir. Bir çox ölkədə kripto turizm və dövlət xidmətləri çərçivəsində də istifadə olunur ki, bu da onun praktik tətbiq sahələrinin böyüdüyünü göstərir.

Ümumi nəticə

2025-ci il steyblkoinlərin istifadəsinin artıq eksperimental model kimi qəbul edilmədiyi bir dövrə çevrildi. Onların geniş yayılması, merçantların sayında artım və istifadəçi bazasının böyüməsi beynəlxalq ödəniş bazarında pay bölgüsünün tədricən dəyişdiyini göstərir.
Bu kontekstdə Binance Pay həm miqyaslanma sürətinin, həm də rəqəmsal ödənişlərin coğrafiyasının dəyişməsini müşahidə etməyə imkan verən əsas infrastruktur elementlərindən biri kimi çıxış edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...