Redaktor
"Binance" Abu Dabidən üç yeni lisenziya aldı
Kripto birjası Binance Abu Dabi maliyyə tənzimləyicisindən üç ayrı lisenziya əldə edib. Bu qərar şirkətin indiyədək bölgədə qazandığı ən genişmiqyaslı tənzimləyici dəstək kimi qiymətləndirilir.
Valyuta.az xəbər verir ki, lisenziyalar Abu Dabi Maliyyə Həftəsi çərçivəsində təqdim olunub və "Binance"in tənzimlənən kripto birjası, klirinq infrastrukturu və brokerdiler fəaliyyətlərini əhatə edir. Bu icazələr şirkətə BƏƏ paytaxtından ticarət platforması idarə etmək, saxlama və izləmə xidmətləri göstərmək, həmçinin birja xarici əməliyyatlar həyata keçirmək imkanı verir.
"Binance"ın BƏƏ ilə münasibətləri kifayət qədər yaxın hesab olunur. Xatırladaq ki, şirkət bu ilin mart ayında Şeyx Tahnun bin Zayed Al Nahyanın rəhbərlik etdiyi süni intellekt investoru MGX-dən 2 milyard dollarlıq sərmayə alıb.
Şirkət hələ ki, qlobal baş ofisinin yerləşəcəyi ölkəni müəyyən etməyib. Lakin "Binance"ın həmtəsisçisi və baş direktor Richard Teng ötən il keçirilən maliyyə həftəsində BƏƏ-nin bunun üçün “cəlbedici seçim” olduğunu bildirib. Teng əvvəllər Abu Dabi-nin beynəlxalq maliyyə sərbəst zonası olan ADGM-də rəhbər vəzifə tutub.
Qeyd edək ki, analitik şirkət Kaikonun məlumatına görə, 2 dekabr tarixinə Binance təxminən 35% bazar payı ilə dünyanın dominant kripto birjası olmağa davam edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026