Redaktor
Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR
"Hazırda kirayə mənzil bazarındakı qiymətlər o qədər də diferensiallaşmır. Ərazi olaraq yerləşmə qiymətə cüzi təsir göstərir".
Valyuta.az "BAKU.WS"ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O əlavə edib ki, 20 Yanvar dairəsi, Alatava, Zığ-Hövsan istiqaməti, “Həzi Aslanov” metrosu və onun ətrafında olan ərazilərdə qiymətlər heç də mərkəzdəki qiymətlərdən fərqlənmir:
“Məsələn, Xətai rayonu ərazisində kirayə evlərin qiyməti 750-800 manat təşkil edir. Ümumiyyətlə daşınmaz əmlak bazarının kirayə seqmentində mənzil tapmaq çox çətindir. Elan saytlarında 500 manat civarında kirayə mənzil üçün axtarış versəniz, təmirsiz və şəraiti o qədər də yaxşı olmayan mənzillərlə rastlaşacaqsınız.
Sabunçu və Suraxanı rayonlarında isə kirayə evlərin qiyməti nisbətən ucuzdur. 50-60 kvadratlıq mənzillərə daha çox kirayə tələbi var. Bu ərazilərdə 500-600 manat civarında mənzillər tapmaq olar ki, həmin ərazilərə də müraciət edənlər çoxsaylı deyil.
Bunan başqa Xəzər, Qaradağ və Pirallahı rayonlarını da qiymətlərə görə misal göstərmək olar. Şəhərdən nisbətən uzaq olan bu rayonların ərazisində kirayə mənzillər çox münasib olur. Lakin bu ərazilərdə mənzillərə tələbat o qədər də çox olmur.
Ümumiyyətlə komfort səviyyəsi orta olan evlər hazırda 600 manatdan aşağı deyil. Bu qiymət növbəti ildə daha da artacaq və təqribən 10 faiz civarında artım mümkündür”. (BAKU.WS)
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"
08.12.2025"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı
08.12.2025Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?
08.12.2025Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı
08.12.2025Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR
08.12.2025Səssiz şəkildə işçiləri tükəndirən hallar var
08.12.2025Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb
08.12.2025İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi
08.12.2025Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025