Bakı və Gəncə şəhərində bu əmlaklar satışa çıxarılır

Redaktor

24.11.2025 11:54
262

Bakı və Gəncə şəhərində bu əmlaklar satışa çıxarılır

23 dekabr 2025-ci il tarixində Bakı və Gəncə şəhərlərində bir sıra kiçik dövlət müəssisələri və obyektləri hərraca çıxarılacaq. Hərraclar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi ilə təşkil olunur.

Valyuta.az xəbər verir ki, Bakı şəhərində keçiriləcək hərracda Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 699,7 kvadratmetr, torpaq sahəsi isə 4528,6 kvadratmetr olan metal məmulatlarının təmiri və hazırlanması emalatxanası 140 000 manat ilkin qiymətlə satışa çıxarılacaq.

Torpaq sahəsinin satış qiyməti 90 000 manat təşkil edir. 

Hərracda iştirak üçün tələb olunan 10 faiz behin məbləği 14 000 manatdır.

Paytaxtda hərraca çıxarılan digər obyekt isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağazadır. Faydalı sahəsi 1664,4 kvadratmetr olan bu obyektin ilkin satış qiyməti 400 000 manatdır. Behin məbləği isə 40 000 manat müəyyən olunub.

Gəncə şəhərində isə Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 3 saylı avtodayanacaq satışa təqdim ediləcək. Bu obyektin ümumi sahəsi 140,8 kvadratmetr, torpaq sahəsi isə 2504,8 kvadratmetrdir. İlkin satış qiyməti 75 000 manat, torpaq sahəsinin qiyməti isə 62 500 manatdır. Behin məbləği 7 500 manat təşkil edir.

Hərraclarda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək müvafiq komissiyalara təqdim etməlidirlər. Bakı şəhərində hərraclar Əmlak Xidmətləri Məkanının binasında (Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20), Gəncə şəhərində isə şəhər İcra Hakimiyyətinin inzibati binasında (Heydər Əliyev prospekti, 434) keçiriləcək. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...