Redaktor
Avropada yay tətili sifarişləri azalıb - Aviaşirkətlər həyəcan təbili çalır
Avropa aviaşirkətləri, o cümlədən "Lufthansa" və "Air France-KLM" iqtisadi qeyri-müəyyənliyin bu yay üçün səyahət tələbatını azalda biləcəyindən və bunun sənayenin gəlirlərinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, vəziyyətə Avropa Komissiyasının turizm üzrə apardığı son tədqiqat da təsir edib. Tədqiqat nəticələrinə görə, bu yay avropalılar, xüsusən də Z nəslinin nümayəndələri, səyahət planlarını əvvəlki illərlə müqayisədə daha az qururlar.
Məlumatda qeyd olunur ki, bu tendensiya, COVID məhdudiyyətlərinin ləğvindən sonra müşahidə olunan güclü səyahət tələbatının ilk dəfə zəifləyə biləcəyinə işarədir.
Analitiklərin fikrincə, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarif təhdidləri ilə yaranan qlobal iqtisadi qeyri-sabitlik Avropada tənəzzül qorxusunu artırır. Bu isə öz növbəsində istehlak və turizm xərclərinə mənfi təsir edə bilər. Lakin hazırda tələbatda ciddi azalma qeydə alınmayıb.
RBC analitiki Ruairi Kallinan "Reuters"ə bildirib: "Bütün tələbat göstəriciləri hələlik qırmızı siqnal vermir".
Aparılan araşdırmaya əsasən, 2025-ci ilin aprel-sentyabr ayları üçün Z nəslindən olan səyahətçilərin səyahət planları ötən illə müqayisədə 10% azalıb. Bəziləri bu nəsli daha yüksək xərclərə qarşı həssas hesab etsə də, Avropa Turizm Komissiyası bildirir ki, səyahət edən Z nəslinin nümayəndələri adətən digər yaş qruplarına nisbətən daha yüksək büdcəyə malik olurlar.
Avropa Turizm Komissiyasının baş direktoru Eduardo Santander bildirib: "Son illərdə Z nəsli daha ehtiyatlı davranaraq, yaşca daha böyük həmkarlarına nisbətən daha az səyahət planlaşdırır. Lakin daha çox avropalı konkret tədbirlər üçün səyahət edir".
Analitiklər həmçinin istirahət məqsədilə edilən səfərlərdə az da olsa azalma olduğunu bildiriblər. Belə ki, ümumi planlaşdırılan səfərlərin sayı 3%, sırf istirahət məqsədli səfərlər isə 2024-cü illə müqayisədə 8% azalıb.
Digər bir amil kimi, ekstremal hava şəraiti və temperatur artımının da tələbatı dəyişdirdiyi göstərilir. Yay səyahətləri üçün Aralıq dənizinin cənubuna maraq ötən illə müqayisədə 8% azalıb. Lakin İtaliya və İspaniya avropalılar arasında regionun ən populyar istiqamətləri olaraq qalır.
Tədqiqat göstərib ki, avropalı turistlərin təxminən 28%-i temperatur artımından yayınmaq üçün daha yumşaq iqlim zonalarına səyahət etməyə üstünlük verir. Eyni zamanda, Şimali, Mərkəzi və Şərqi Avropaya maraq ildən-ilə artır.
Araşdırmada vurğulanır ki, iqlim dəyişikliyi səyahət qərarlarına və modellərinə təsir etdiyindən, daha isti regionlarda fəaliyyət göstərən turizm şirkətləri günün isti saatlarında qapalı məkan tədbirlərini təşviq etməli və marketinq strategiyalarını daha sərin aralıq mövsümlərə yönəltməlidirlər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025