"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

Redaktor

15.12.2025 15:00
75

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

Sənaye insayderi, tədarük zəncirləri ilə əlaqəli olan "Jukan" bildirib ki, yaddaş çipləri bazarında dərin böhran fonunda “Apple” 2026-cı ilin birinci yarısında öz texnikalarının qiymətlərini artıracaq.

Valyuta.az xəbər verir ki, məlumata görə, “Apple”ın “Samsung” və “SK Hynix” ilə yaddaş tədarükünə dair uzunmüddətli müqavilələri sona çatır. Yeni müqavilələr artıq “yeni qiymət siyahıları” ilə bağlanacaq və bu proses yanvar ayından başlayacaq. Bu isə həm yeni cihazların, həm də artıq satışda olan modellərin bahalaşmasına səbəb ola bilər.

Əlavə risk faktoru kimi əsas konfiqurasiyalarda operativ yaddaş həcminin artırılması göstərilir. Belə ki, hazırkı “MacBook” modelləri standart versiyada artıq 16 QB operativ yaddaşla təchiz olunur ki, bu da komplektləşdirici hissələrin bahalaşmasının təsirini daha da gücləndirir.

Mənbə yaxın vaxtlarda lazım olan bütün texnikanı almağı tövsiyə edib, çünki qarşıdakı dövrdə qiymət artımı gözlənilir. Ola bilsin ki, “Apple” bir müddət qiymətləri saxlaya bilsin, lakin yekun bahalaşma qaçılmazdır.

Gələn il “Apple” özünün 50 illiyini qeyd edəcək və bu tarixə qədər çoxlu sayda yeni cihazın təqdimatı planlaşdırılır. Onların sırasında şirkətin ilk qatlanan telefonu olan iPhone Fold, sensorlu OLED ekranlı yeni dizaynda çoxdan gözlənilən “MacBook Pro M6”, ekranlı ağıllı ev həb-i, eləcə də yeni “Studio Display” və “Pro Display XDR” modelləri yer alır.

Qeyd olunur ki, operativ yaddaş çatışmazlığı ən azı 2028-ci ilə qədər davam edəcək. Ən böyük yaddaş istehsalçıları artıq istehsal güclərini daha gəlirli sahələrə – server həllərinə və süni intellekt infrastrukturu üçün yaddaşa yönəldiblər.

Bundan əvvəl kompüter texnikasının ən iri istehsalçıları olan “Lenovo” və “Dell” yaxın aylarda noutbuk və fərdi kompüterlərin qiymətlərinin 15–20 faiz artacağını bəyan ediblər. Bunun əsas səbəbi qlobal operativ yaddaş qıtlığıdır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...