"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

Redaktor

11.04.2025 08:00
178

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

"Amazon" şirkəti yeni süni intellekt səs modeli "Nova Sonic"i təqdim edib.

Valyuta.az xəbər verir ki, model səsi lokal şəkildə emal edə bilir və təbii səslənən danışıq formaları yaradır. "Nova Sonic" performans sürəti, danışığın tanınması və nitq keyfiyyəti üzrə "OpenAI" və "Google"un qabaqcıl modelləri ilə rəqabət apara bilir.

Məlumata görə, yeni model "Amazon Bedrock" platforması üzərindən, iki tərəfli axın interfeysi vasitəsilə istifadəyə verilib və hazırda bazardakı ən sərfəli süni intellekt səs modeli hesab olunur. Şirkətin açıqlamasına görə, "Nova Sonic"in istifadəsi "GPT-4o" ilə müqayisədə təxminən 80% daha ucuzdur. Model artıq yenilənmiş "Alexa+" rəqəmsal köməkçisində tətbiq olunur və istifadəçi sorğularını uyğun API-lərə yönəltmək qabiliyyəti ilə seçilir.

"Nova Sonic" iki tərəfli danışıq zamanı istifadəçi pauzalarını nəzərə alaraq uyğun anda danışmaq üçün gözləyə bilir. Bundan əlavə, istifadəçi nitqini yazılı mətndə transkripsiya edərək, proqramçılara müxtəlif tətbiqlərdə istifadə imkanı yaradır.

Texniki göstəricilərə əsasən qeyd olunur ki, model "Multilingual LibriSpeech" testində orta hesabla 4,2% söz xətası ilə yüksək nəticə göstərib. "Nova Sonic" "GPT-4o-transcribe" modeli ilə müqayisədə 46,7% daha dəqiqdir və 1,09 saniyəlik gecikmə ilə cavab verir ki, bu da sənaye üzrə lider göstərici hesab olunur.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...