Azərbaycan və Avropanın İT sektorundakı iş mühiti arasındakı fərq
Miri Yusifli, Almaniya
İlk növbədə hər bir şirkətin iş mühiti özünə xasdır. Hər bir şirkətdə mühit fərqli ola bilər. Ancaq, ümumi yanaşsaq, görünən odur ki, İT sahəsində işə yanaşma Azərbaycan və Avropa arasında tamamilə fərqlidir.
Fərqlərdən ən əsası odur ki, şirkətlər işçini sadəcə yaxşı maaşla deyil, həmçinin işləmək, inkişaf etmək üçün əlverişli şərait yaradaraq çəkməyə çalışır. Buna görə də işçinin yaradılan şəraitdən istifadə edib inkişaf etməyi, şirkəti inkişaf etdirməyi işə götürən üçün çox önəmlidir. Bunu bilmək üçün müsahibə zamanı texniki biliklərlə yanaşı, xarakterə, düşüncə tərzinə, ünsiyyət bacarığına ciddi önəm verilir.
Digər məsələ isə odur ki, Avropada insan ünsiyyətlərində vəzifələr çox da böyük rol oynamır. Sadə bir developer şirkətdə CTO ilə eyni komandanın tərkib hissəsi kimi danışa bilir. Bunun da əsas səbəbi odur ki, İT şirkətlərində komandalar şirkətin əsas özəyini təşkil etdiyi üçün rəhbərliyin əsas öhdəliklərindən biri də komandanın ehtiyaclarını təmin etmək, motivasiyasını yüksək tutmaqdır. Bunun qarşılığında işçilərdən olan gözlənti isə məhsulun tam məsulliyətini öz üzərinə götürmək, lazım gəldikdə məhsul haqqında qərar vərmək və onu inkişaf etdirmək üçün çalışmaqdır.

Digər bir fərqli məsələ isə "work-life" balansıdır. Bu yəqin ki dünyanın heç bir yerində Avropada olduğu qədər yüksək deyil. Birinci iş, sonra həyat yerinə, Avropada birinci həyat sonra iş gəlir. İş vaxtı, şəxsi bir işiniz olduğu zaman o işin arxasınca getmək, işi 2 ci plana atmaq çox normal qarşılanır, ancaq təbii ki sonda işin vaxtında çatdırılması da çox önəmlidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək
20.07.2026İnsanları anlamaq: İş dünyasının ən vacib bacarıqlarından biri
20.07.2026"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat
20.07.2026Şahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı
20.07.2026İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"
20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
20.07.2026"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı
20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
20.07.2026"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"
20.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
20.07.202610 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
20.07.2026Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb
20.07.2026