Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir?

Redaktor

09.07.2026 09:03
145

Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir?

Son dövrlər əmək bazarında yarımştat işlərə tələbat artmaqdadır. Xüsusilə tələbələr və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün bu işlər cəlbedici görünür. Lakin bəzi hallarda vakansiyalarda göstərilən əmək haqqı və iş şərtləri ilə reallıq üst-üstə düşmür.

Valyuta.az Xəzər TV-ə istinadən xəbər verir ki, iş elanlarında "Ofis menecer" və ya "Operator-satıcı" kimi vəzifələr üçün müxtəlif şərtlər təklif olunur. Məsələn, bəzi elanlarda 6 günlük iş həftəsi və gün ərzində 4-5 saatlıq iş rejimi üçün 200 AZN civarında əmək haqqı təklif edilir. Respondentlər bildirirlər ki, elanlarda qeyd olunan 200 AZN əmək haqqı bəzən sabit maaş və əlavə faizlərin cəmindən ibarət olur, bu isə iş axtaranların hər zaman ürəyincə olmur.

İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədovun sözlərinə görə, yarımştat işlərin konkret vahid iş saatı və standartı yoxdur, hər şey işəgötürənlə işçi arasındakı razılaşmadan asılıdır. Mütəxəssis vurğulayır ki, bəzi hallarda "yarı iş günü" bəhanəsi ilə əmək müqaviləsi bağlanmaması sonradan işçinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Ekspertlər iş axtaranlara tövsiyə edirlər ki, iş vaxtından asılı olmayaraq, əmək haqqının hesablanması şəffaf aparılmalı və bütün şərtlər əvvəlcədən əmək müqaviləsində öz əksini tapmalıdır. Bu, həm işçinin sosial təminatını, həm də əmək hüquqlarının qorunmasını təmin edir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir

09.07.2026

Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

09.07.2026

Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib

09.07.2026
OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

09.07.2026

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Hansı bank avtomobil krediti üçün sərfəlidir?

09.07.2026

Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib

09.07.2026

Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL

09.07.2026

Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb

09.07.2026

Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?

09.07.2026

"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

09.07.2026

Məzənnə

Yüklənir...