Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır

Redaktor

05.12.2025 17:50
608

Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır

ABŞ-da investorlar səhmlər portfelinin 78 faizini yerli aktivlərə yönəldir. Bu göstərici, “yerli meyl” adlandırılan və investorların öz bazarlarına üstünlük verdiklərini əks etdirən tendensiyanın ən bariz nümunələrindəndir.

Valyuta.az xəbər verir ki, bu meyl Yaponiyada da güclüdür - yerli investorlar əsasən daxili bazara sərmayə yatırır. Hər iki halda bu yanaşma, müvafiq ölkələrin qlobal maliyyə sistemində tutduğu aparıcı mövqelərlə izah olunur.

Digər tərəfdən, bəzi ölkələrin investorları portfellərində ABŞ səhmlərinə böyük yer ayırır. Norveçdə bu göstərici 48, Kanadada isə 45 faiz təşkil edir. Maraqlı hal odur ki, Norveç investorları 2020-ci ildən bəri illik orta hesabla 13,7 faiz gəlir əldə etmələrinə baxmayaraq, səhmlərinin cəmi 12 faizini yerli bazarda saxlayırlar. Böyük Britaniyada da xarici bazarlara üstünlük verilir. Burada səhmlərin yalnız 19 faizi daxildə yerləşir. Bu vəziyyət zəif daxili bazar performansı və “Brexit”in uzunmüddətli təsirləri ilə əlaqələndirilir. 2020-ci ildən bu yana FTSE 100 indeksi illik orta hesabla 5 faizdən az gəlir təqdim edib.

İstiqrazlar üzrə bölgüyə baxıldıqda, Yaponiyada investorların 80 faizi bu alətləri yerli bazarda saxlayır ki, bu da “yerli meyl”in istiqrazlar sahəsində ən yüksək ifadəsidir. Avropada da oxşar meyillər müşahidə olunur - istiqrazların 69 faizi daxildə yerləşdirilir. Bu davranışa tanışlıq faktoru və vergi güzəştləri kimi amillər təsir edir.

İsveçrə investorları isə xarici istiqrazlara, xüsusilə ABŞ bazarına əhəmiyyətli pay ayırırlar. Onların portfellərində ABŞ istiqrazlarının çəkisi 33 faiz təşkil edir. Bu, İsveçrə frankının sabitliyi və ölkədəki 0 faiz faiz dərəcəsi fonunda ABŞ istiqrazlarının daha yüksək gəlirlilik təklif etməsi ilə izah olunur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

Məzənnə

Yüklənir...