Redaktor
Vergi sistemində yenilik: Azərbaycanda kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?
"Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "üfüqi monitorinq"in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini müvafiq orqana əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq".
Valyuta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.
Vergi sistemində yenilik: Azərbaycanda kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?
Deputat qeyd edib ki, praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimallaşdıracaq:
"Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.
Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə - 25% maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur".
V.Bayramov bildirib ki, vergi orqanı "üfüqi monitorinq"in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək:
"Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı "azalan qalıq" və ya "düz xətt" metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur.
Avtomatlaşdırılmış uçot aparan və daxili nəzarət sistemini tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAbşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
12.01.2026Bu quruma yeni aparat rəhbəri təyin olundu
12.01.2026Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı
12.01.2026BP-nin distribyutoru nizamnamə kapitalını 8 milyon manatdan çox azaldıb
12.01.2026Almaqdan çəkinməli olduğunuz avtomobillər - SİYAHI
12.01.202615 il əvvəl çıxan "iPhone" yenidən populyarlaşdı: Səbəb nədir?
12.01.2026Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək
12.01.2026Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
12.01.2026Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb
12.01.2026Prezidentin sədrliyi ilə müşavirə keçirildi
12.01.2026Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır
12.01.2026Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
12.01.2026Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
12.01.2026"Birmarket"in direktoru dəyişdi
12.01.2026