Redaktor
Valyuta.az-ın 5 yaşı tamam olur
Bu gün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.
Valyuta.az 2021-ci il 17 fevral tarixində təsis olunub. Sayt iqtisadiyyat və maliyyə sahəsində operativ, dəqiq və müstəqil informasiya mənbəyi kimi fəaliyyət göstərir.
Sayt hazırda iki dildə- azərbaycan və rus dillərində xəbərlər yayımlayır.
Portalın əsas məqsədi oxucuları maliyyə bazarlarındakı dəyişikliklər, bank sektorundakı yeniliklər, iqtisadi proseslər və qlobal bazarlarda baş verən hadisələr barədə operativ məlumatlarla təmin etməkdir.
Saytda gündəlik xəbərlərlə yanaşı, iqtisadi təhlillər, müsahibələr, araşdırmalar və ekspert rəyləri dərc olunur.
Valyuta.az ötən dövrdə ölkədə istinad edilən və etimad qazanan iqtisadi informasiya portallarından biri olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya iqtisadiyyatı ilə bağlı yenilikləri izləmək üçün Valyuta.az-ı ziyarət edir.