Redaktor
İsveçrə bankında 49 milyon dolları bloklandı, Bakıda aldadıldı
İsveçrədə fəaliyyət göstərən "Citybank"da 49 milyon ABŞ dolları bloklanan həmyerlimiz həmin vəsaiti bankdan geri almaq üçün yollar arayarkən dələduzluqla üzləşib.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, S.Abdullayev adlı həmin şəxsin qohumlarından biri bu işdə ona kömək edə biləcək bir nəfərin olduğunu deyib. Kənan adlı həmin şəxs isə vəsaiti bankdan geri almaq üçün əvvəlcədən 50 000 ABŞ dolları ödəniş istəyib. O, qeyd edib ki, bu işi Almaniyada yaşayan və İnterpolun zabiti olan dayısı vasitəsi ilə həll edəcək.
Qarşı tərəf əvvəlcədən ödənişin əvəzinə Kənana bankda bloklanmış vəsaitin 1 faizini təklif edib və deyib ki, bu məbləğ 49 milyon ABŞ dolları bankdan geri alınandan sonra verilə bilər. Lakin Kənan bu təkliflə razılaşmayaraq, əvvəlcədən ödəniş olunmasında israr edib.
Nəhayət S.Abdullayevin qohumu Kənana 16 000 ABŞ dolları verib. Razılığa əsasən, pulun yerdə qalan hissəsini Kənanın dayısına verməli imiş. 49 milyon ABŞ dolları bankdan geri alındıqdan sonra vəsaitin 1 faizi Kənanla dayısına çatmalı imiş.
Lakin verilən vəd yerinə yetirilməyib. Kənan və dayısı müxtəlif bəhanələrlə işi uzadıb. Qarşı tərəf bundan sonra şikayətçi olmaq qərarına gəlib.
Şikayətdən sonra Kənan saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb. Kənan məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaddaş çatışmazlığı bir çox texnika istehsalçısının müflisləşməsinə səbəb ola bilər
17.02.2026İşlədiyi şirkətdən mübahisəli ayrılıb ona rəqib şirkət qurdu
17.02.2026Bu şəxslər üçün üçotaqlı mənzillər alınacaq - 1 milyonluq sifariş
17.02.2026İran pivənin litrini Azərbaycana 99 qəpikdən satıb
17.02.2026Vəzifə təklifi gələnlərin problemi: “Bəlkə də bu vəzifəyə hazır deyiləm?”
17.02.2026İsveçrə bankında 49 milyon dolları bloklandı, Bakıda aldadıldı
17.02.2026Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
17.02.2026Kriptobazarda ticarət həcmləri azalır
17.02.2026“Paket Mutfak” 3,8 milyon dollar investisiya cəlb edib
17.02.2026Bir elektromobilin orta qiyməti nə qədərdir?
17.02.2026Azərbaycana idxal olunan buğda dən-dən artır
17.02.2026Su və kanalizasiya sisteminin tikintisi üçün 19 milyonluq satınalma elan olunub
17.02.2026Evdəki hesab ofisə uyğun gəlmədi: Xərclər kəskin artdı
17.02.2026Sabah 24 dərəcə isti olacaq
17.02.2026Ötən ay ölkəyə 51 minlik geyim əşyaları gətirilib
17.02.2026Sabah gecə metro 1 saat artıq işləyəcək
17.02.2026“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib
17.02.202642 məktəbə yeni direktor təyin olundu
17.02.2026