İran pivənin litrini Azərbaycana 99 qəpikdən satıb

Redaktor

17.02.2026 17:00
80

İran pivənin litrini Azərbaycana 99 qəpikdən satıb

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 179,49 min dekalitr alkoqolsuz pivə idxal edib.

Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 1 milyon 924,86 min ABŞ dolları təşkil edib ki, bu da təxminən 3 milyon 272 min manat edir.

Statistikaya görə, alkoqolsuz pivə əsasən Belarus, Rusiya, İran İslam Respublikası, Türkiyə, Almaniya və Bolqarıstandan gətirilib.

Belarusdan 0,51 min dekalitr məhsul 4,94 min ABŞ dollarına idxal olunub. Bu ölkədən gətirilən məhsulun 1 litrinin orta qiyməti 0,97 dollar və ya 1,65 manat olub.

Rusiyadan 51,71 min dekalitr alkoqolsuz pivə 433,54 min ABŞ dolları dəyərində gətirilib. 1 litrinin orta qiyməti 0,84 dollar və ya 1,43 manat təşkil edib.

İran İslam Respublikasından 56,98 min dekalitr məhsul 332,77 min ABŞ dollarına idxal olunub. Bu ölkə üzrə 1 litrinin qiyməti 0,58 dollar və ya 0,99 manat olub.

Türkiyədən idxal 59,98 min dekalitr təşkil edib və bunun dəyəri 949,9 min ABŞ dolları olub. 1 litrinin orta qiyməti 1,58 dollar və ya 2,69 manat olub.

Almaniyadan 4,06 min dekalitr məhsul 81,99 min ABŞ dollarına gətirilib. Bu ölkədən idxal olunan məhsulun 1 litri 2,02 dollar və ya 3,43 manat təşkil edib.

Bolqarıstandan isə 6,14 min dekalitr alkoqolsuz pivə 117,68 min ABŞ dolları dəyərində idxal olunub. 1 litrinin orta qiyməti 1,92 dollar və ya 3,26 manat olub.

Beləliklə, idxalın həcminə görə əsas pay Türkiyə, İran və Rusiyanın üzərinə düşür, qiymət baxımından isə Avropa ölkələrindən gətirilən məhsullar daha baha olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...