Kriptobazarda ticarət həcmləri azalır

Redaktor

17.02.2026 15:20
58

Kriptobazarda ticarət həcmləri azalır

Kriptovalyuta bazarında aktivliyin zəiflədiyi müşahidə olunur.

Valyuta.az əbər verir ki, "10x Research"in yaydığı təhlilə görə, həftəlik ticarət həcmləri təxminən 50% azalaraq 100 milyard dollar səviyyəsinə enib.

Analitiklər bu tendensiyanı bazarın toparlanma gücünü itirməsinin göstəricisi kimi qiymətləndirirlər.

Qeyd olunur ki, həcm azalması bazarın əsas kriptovalyutaları olan "Bitcoin" və "Ethereum"da da aydın hiss olunur. Hazırkı həftəlik göstəricilər "Bitcoin"də tarixi orta səviyyədən 47%, "Ethereum"da isə 58% aşağı qeydə alınıb.

Ekspertlərin fikrincə, əməliyyat həcmlərinin azalması bazardan likvidliyin tədricən çıxmasına işarə edir. Eyni zamanda, "Ethereum" şəbəkəsində komissiya haqlarının çox aşağı səviyyəyə enməsi də bazardakı zəif aktivliyi təsdiqləyən siqnal kimi qiymətləndirilir.

Analitiklər bildirirlər ki, makroiqtisadi proseslərlə kriptobazar arasında əlaqənin zəifləməsi fonunda qarşıdakı 1-2 həftə bazarın gələcək istiqaməti baxımından kritik dövr ola bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...