Redaktor
Azərbaycanda yeni cərimələr gəlir - 30 manatdan 5000 manatadək
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.
Valyuta.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun təsdiqlənərsə, 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaddaş çatışmazlığı bir çox texnika istehsalçısının müflisləşməsinə səbəb ola bilər
17.02.2026İşlədiyi şirkətdən mübahisəli ayrılıb ona rəqib şirkət qurdu
17.02.2026Bu şəxslər üçün üçotaqlı mənzillər alınacaq - 1 milyonluq sifariş
17.02.2026İran pivənin litrini Azərbaycana 99 qəpikdən satıb
17.02.2026Vəzifə təklifi gələnlərin problemi: “Bəlkə də bu vəzifəyə hazır deyiləm?”
17.02.2026İsveçrə bankında 49 milyon dolları bloklandı, Bakıda aldadıldı
17.02.2026Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
17.02.2026Kriptobazarda ticarət həcmləri azalır
17.02.2026“Paket Mutfak” 3,8 milyon dollar investisiya cəlb edib
17.02.2026Bir elektromobilin orta qiyməti nə qədərdir?
17.02.2026Azərbaycana idxal olunan buğda dən-dən artır
17.02.2026Su və kanalizasiya sisteminin tikintisi üçün 19 milyonluq satınalma elan olunub
17.02.2026Evdəki hesab ofisə uyğun gəlmədi: Xərclər kəskin artdı
17.02.2026Sabah 24 dərəcə isti olacaq
17.02.2026Ötən ay ölkəyə 51 minlik geyim əşyaları gətirilib
17.02.2026Sabah gecə metro 1 saat artıq işləyəcək
17.02.2026“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib
17.02.202642 məktəbə yeni direktor təyin olundu
17.02.2026