“Paket Mutfak” 3,8 milyon dollar investisiya cəlb edib

Redaktor

17.02.2026 14:58
79

“Paket Mutfak” 3,8 milyon dollar investisiya cəlb edib

İnvestisiya raundunda mövcud investorlar - “Nokta Yatırım Holding”, “Ünlü & Co” və Fırat İşbecer yenidən iştirak ediblər. Yeni investorlar arasında isə Ali Sabancı, “Sip & Bite GSYF”, Robert Baler və “Corsini Global” yer alıb.

Valyuta.az xəbər verir ki, “Paket Mutfak” son investisiya raundunda 3,8 milyon dollar vəsait cəlb edib.

Bununla da şirkətin bu günədək aldığı ümumi investisiya məbləği 12,3 milyon dollara çatıb.

Çatdırılma xidmətinin sürətlə böyüdüyü, lakin xidmət keyfiyyətinin eyni səviyyədə standartlaşmadığı sektorda “Paket Mutfak” bu problemi əməliyyat mərkəzli model vasitəsilə həll etməyi təklif edir. İstanbul üzrə 16 filial və 16 marka ilə fəaliyyət göstərən şirkət müxtəlif yemək sifarişi platformalarından hər il daxil olan milyonlarla sifarişi öz əməliyyat infrastrukturu üzərindən idarə edərək miqyaslana bilən xidmət standartı formalaşdırır.

Cəlb olunan investisiya şirkətin texnoloji infrastrukturunun gücləndirilməsi və müştəri təcrübəsinin yaxşılaşdırılması üçün istifadə ediləcək. “Paket Mutfak” ilk növbədə öz sifariş tətbiqinin inkişafına və çatdırılma xidmətinə yönəlmiş texnoloji həllərin təkmilləşdirilməsinə fokuslanmağı planlaşdırır. Bununla yanaşı, filial və marka şəbəkəsinin genişləndirilməsi, eləcə də təchizat zəncirinin daha çevik hala gətirilməsi əsas prioritetlər sırasındadır.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Tali Şalhon bildirib ki, çatdırılma sektorunda əsas problemlərdən biri keyfiyyət standartlarının qorunub saxlanmamasıdır. Onun sözlərinə görə, şirkət bu problemi əməliyyat mükəmməlliyinə fokuslanmaqla həll edir və hər sifarişdə eyni yüksək keyfiyyəti təmin etmək üçün sistemlərini davamlı olaraq təkmilləşdirir. O qeyd edib ki, yeni investisiya keyfiyyət yönümlü yanaşmanın daha geniş miqyasda tətbiqi üçün mühüm addımdır.

Həmtəsisçi və kommersiya direktoru Eytan Nahmiyas isə vurğulayıb ki, şirkət öz tətbiqini inkişaf etdirərək müştəri təcrübəsini sifariş anından çatdırılma sonrasınadək tam nəzarət altına almağı hədəfləyir. Onun sözlərinə görə, bütün prosesi vahid platforma üzərindən idarə etməklə sektorda fərqlənən xidmət təcrübəsi təqdim etmək planlaşdırılır. Şirkət yaxın dövrdə texnoloji infrastrukturun gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

“Paket Mutfak” qarşıdakı dövrdə də çatdırılma xidmətində əməliyyat mükəmməlliyi strategiyasını qoruyaraq böyüməsini davam etdirməyi planlaşdırır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...