Bakıda Avropa milli geyimləri və zinət əşyaları sərgisi açılıb

Redaktor

17.02.2026 20:51
74

Bakıda Avropa milli geyimləri və zinət əşyaları sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Avropa milli geyimlərinə və zinət əşyalarına həsr olunmuş "Bağda güllər" sərgisi açılıb.

Valyuta.az xəbər verir ki, sərgi Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, eləcə də Azərbaycan İncəsənət Şurası, Azərbaycan Milli Xalça Muzeyi və Aİ-yə üzv ölkələrin Bakıdakı səfirlikləri tərəfindən təşkil olunub.

Açılış mərasimindəki çıxışında Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç vurğulayıb ki, sərgi Azərbaycan auditoriyasını Avropa bədii sənətkarlığının çoxəsrlik irsini əks etdirən Avropa ənənəvi geyimləri ilə tanış etmək məqsədi daşıyır.

"Milli geyim millətin tarixinin əks olunmasıdır. O, sosial, iqtisadi, mədəni və tarixi, eləcə də təbii və coğrafi amillərin təsiri altında formalaşır", - o bildirib.

Səfir vurğulayıb ki, qeyd olunan səbəblərə görə milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mühüm mənbəyə çevrilir.

"Ümid edirik ki, sərgi azərbaycanlı ziyarətçilərə Aİ ölkələrinin milli mədəniyyəti və folkloru ilə daha dərindən tanış olmağa kömək edəcək", - Kuyundziç qeyd edib.

Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdiriləcək.

Bununla yanaşı, sərgidə muzeyin kolleksiyasında saxlanılan və Azərbaycanın tarixini və mədəni irsini təcəssüm etdirən Azərbaycan milli geyimləri, həmçinin "Bağda güllər" və "Alpan" xalçaları təqdim olunacaq.

Sərgi fevralın 21-dək davam edəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Samsung” ekranları “Apple” cihazlarında istifadə edilə bilər

17.02.2026

Telegramda 187 mindən çox kanal bloklandı

17.02.2026

Kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlər məlum olub - VİDEO

17.02.2026

Vençur kapital qurucusu Loqan Polun “Pokémon” kartını 16,5 milyon dollara aldı

17.02.2026

Minlərlə insanın milyardlarla dollar itirdiyi üç kripto fırıldaq növü

17.02.2026

Bakıda Avropa milli geyimləri və zinət əşyaları sərgisi açılıb

17.02.2026

ChatGPT adındakı GPT əslində nə deməkdir?

17.02.2026

Xaricə meşə fındığı satışı 29 milyon dollardan çox qazandırıb

17.02.2026

Ağıllı yaşlı investorların dəyişkən bazarda yol vermədiyi 5 investisiya səhvi

17.02.2026

Ən yüksək balı onlar topladı

17.02.2026

Magistratura imtahanının nəticələri açıqlandı

17.02.2026

Yaddaş çatışmazlığı bir çox texnika istehsalçısının müflisləşməsinə səbəb ola bilər

17.02.2026

İşlədiyi şirkətdən mübahisəli ayrılıb ona rəqib şirkət qurdu

17.02.2026

Bu şəxslər üçün üçotaqlı mənzillər alınacaq - 1 milyonluq sifariş

17.02.2026

İran pivənin litrini Azərbaycana 99 qəpikdən satıb

17.02.2026

Vəzifə təklifi gələnlərin problemi: “Bəlkə də bu vəzifəyə hazır deyiləm?”

17.02.2026

İsveçrə bankında 49 milyon dolları bloklandı, Bakıda aldadıldı

17.02.2026

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17.02.2026

Kriptobazarda ticarət həcmləri azalır

17.02.2026

“Paket Mutfak” 3,8 milyon dollar investisiya cəlb edib

17.02.2026

Məzənnə

Yüklənir...