Redaktor
Telegramda 187 mindən çox kanal bloklandı
"Telegram” messenceri 187 min 634 qrup və kanalı bloklayıb.
Valyuta.az xəbər verir ki, fevralın əvvəlindən etibarən "Telegram” artıq 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb. Onlardan 7116-sı terrorizmlə əlaqəli olub.
2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb. Bu rəqəmə platforma tərəfindən terrorizmlə əlaqəli hesab edilən 27 382 icma da daxildir.
Qeyd edək ki, "Telegram"da 2015-ci ildən etibarən istifadəçi şikayətləri və maşın öyrənməsindən istifadə edilən proaktiv monitorin sistemi tətbiq olunur . 2024-cü ilin əvvəlində bu tədbirlərə süni intellekt əsaslı moderasiya alətləri də əlavə edilib.