Valyuta dəyişkənliyi bizneslər üçün hansı problemləri yarada bilər?

Redaktor

09.07.2026 11:50
257

Valyuta dəyişkənliyi bizneslər üçün hansı problemləri yarada bilər? - İqtisadçı

Valyuta məzənnəsində baş verən dəyişikliklər biznes mühitinə təsir edən amillərdən biri hesab olunur. Bu dəyişikliklər xüsusilə idxal, ixrac, kredit öhdəlikləri və xərclər baxımından müəssisələrin fəaliyyətinə təsir göstərə bilir.

Valyuta dəyişkənliyi bizneslər üçün hansı problemləri yarada bilər?

İqtisadçı Asif İbrahimov Valyuta.az-a bildirib ki, idxalyönümlü müəssisələr üçün milli valyutanın dəyər itirməsi xammalın, avadanlıqların və hazır məhsulların alış qiymətini artırır. Yəni, ölkənin milli valyutası xarici valyutalara nisbətdə nə qədər dəyər itirirsə, idxal olunan məhsullar da bir o qədər bahalaşır. Bu isə istehsal və xidmət xərclərinin yüksəlməsinə səbəb olur. Nəticədə son məhsulun qiyməti artır. Xarici valyutada kredit götürmüş şirkətlər üçün məzənnə dəyişiklikləri əlavə maliyyə yükü yaradır. Milli valyutanın ucuzlaşması kreditin əsas məbləğinin və faiz ödənişlərinin manat ifadəsində artmasına səbəb olur. Bu isə müəssisənin likvidliyinə və maliyyə dayanıqlılığına ciddi mənfi təsir göstərə bilər".

"İxracatçılar üçün isə vəziyyət bir qədər fərqlidir. Milli valyutanın zəifləməsi ixrac məhsullarının beynəlxalq bazarlarda qiymət baxımından rəqabət qabiliyyətini artıra və ixrac gəlirlərinin yüksəlməsinə şərait yarada bilər. Lakin istehsalda istifadə olunan xammal və avadanlıqların böyük hissəsi idxal olunursa, bu üstünlüyün əhəmiyyətli hissəsi artan istehsal xərcləri hesabına neytrallaşa bilər. Valyuta dəyişkənliyi investisiya qərarlarına da təsir göstərir. Məzənnənin tez-tez dəyişdiyi şəraitdə şirkətlər uzunmüddətli investisiya planlarını təxirə sala bilərlər. Xüsusilə daha yaxın müddəti əhatə edən, operativ xarakter daşıyan 3 aylıq və 5 aylıq planlaşdırma fonunda layihələrə daha ehtiyatla yanaşa və əlavə maliyyə risklərini nəzərə almağa məcbur qala bilərlər. Kiçik və orta biznes subyektləri bu risklərlə üzləşdikdə daha həssas olurlar. Onların əksəriyyətində valyuta risklərinin idarə olunması üçün peşəkar maliyyə alətləri və ya effektiv mexanizmlər mövcud olmur. Belə hallarda məzənnədə baş verən kəskin dəyişikliklər onların mənfəət marjasını azalda, dövriyyə kapitalını zəiflədə və bəzi hallarda fəaliyyətlərinin dayanıqlığını təhlükə altına qoya bilər"- deyə ekspert qeyd edir.

Valyuta risklərinin azaldılması üçün müəssisələr gəlir və xərclərinin valyuta strukturunu balanslaşdırmalıdırlar deyə Asif İbrahimov bildirir:

"Mümkün olduqda uzunmüddətli valyuta risklərini sığortalayan maliyyə alətlərindən istifadə etməli, təchizatçı və müştəri portfellərini davamlı şəkildə diversifikasiya etməlidirlər. Eyni zamanda maliyyə planlarını həm yaxın, həm də uzunmüddətli dövr üzrə düzgün şəkildə qurmalıdırlar. Qısaca desək, valyuta dəyişiklikləri yalnız maliyyə bazarlarının göstəricisi deyil. O, eyni zamanda qiymətlərin formalaşmasına, investisiya qərarlarına, istehsal xərclərinə, ixracın rəqabət qabiliyyətinə və bizneslərin maliyyə dayanıqlılığına birbaşa təsir göstərən ən mühüm iqtisadi amillərdən biridir. Bu səbəbdən müəssisələr məzənnə risklərini strateji risklərin idarə edilməsinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirlər. Onlar investisiya qərarlarının qəbul edilməsində, yeni avadanlıqların alınmasında, kredit götürülməsində və müxtəlif ticarət sövdələşmələrində valyuta dəyişkənliyi riskini daim nəzarətdə saxlayırlar. Daha əvvəl, xüsusilə Azərbaycan sahibkarları praktikada bu məsələyə o qədər də ciddi yanaşmırdılar. Lakin xüsusilə 2015-ci ildən sonra bu risk ən düzgün qiymətləndirilməli və effektiv şəkildə idarə olunmalı risklərdən birinə çevrilib".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Hansı bank avtomobil krediti üçün sərfəlidir?

09.07.2026

Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib

09.07.2026

Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL

09.07.2026

Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb

09.07.2026

Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?

09.07.2026

"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib

09.07.2026

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®

09.07.2026

FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi

09.07.2026
BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

BVF mərkəzi bankların irəliyə yönəlik kommunikasiyasını müzakirə etməyi planlaşdırır

09.07.2026

Çinin "CXMT" şirkəti 4,3 milyard dollar cəlb etməyi planlaşdırır

09.07.2026

Məzənnə

Yüklənir...