Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var

Redaktor

12.06.2026 15:55
213

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

Bəzən deyirlər ki, pulunu sayma, tez bitəcək. Lakin bu deyimdən fərqli olaraq bir çox insan maaş aldıqdan sonra hesabındakı vəsaiti tez-tez yoxlayır, hətta həftədə bir neçə dəfə nə qədər pulunun qaldığını hesablayır. Digərləri isə buna xüsusi diqqət yetirmir.

Bəs pulu mütəmadi saymaq və ya hesabdakı qalığı tez-tez yoxlamaq xərcləmə davranışımıza necə təsir edir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Valyuta.az-a bildirib ki, pulun sayılması ilə bağlı köhnə deyimlər daha çox simvolik məna daşıyır: "Pulu saydıqca azalacaq deyilir, amma real həyatda məsələ belə deyil. İnsan pulunu izləyir, çünki bu, ona nəzarət və təhlükəsizlik hissi verir. Burada əsas məsələ saymağın özü yox, bu davranışın arxasında duran psixoloji səbəbdir".

Onun sözlərinə görə, pulunu mütəmadi yoxlayan insan adətən daha ölçülü xərcləyir: "Çünki beyin real vəziyyəti görür və impulsiv qərarların qarşısı müəyyən qədər alınır. Bu baxımdan hesabı izləmək sağlam və faydalı vərdişdir. Bu davranış həddindən artıq olarsa, problemə çevrilə bilər. İnsan gün ərzində dəfələrlə hesabına baxır, ən kiçik dəyişiklik belə onu narahat edir və nəzarəti itirəcəyi halda hər şeyin pisləşəcəyindən qorxur. Bu zaman məsələ puldan çıxıb daxili gərginliyə keçir. Yəni, yoxlama artıq idarəetmə yox, sakitləşmə vasitəsinə çevrilir və bu dövr təkrarlanır”.

Sosial platformalarda özünü fenomen psixoloq kimi qələmə verənlərlə  mübarizə aparılmalıdır” — AÇIQLAMA

R.Nəcəfov bildirib ki, bunun tam əksi olan yanaşma da sağlam mövqe hesab edilmir:

“Bəzi insanlar ümumiyyətlə hesabına baxmır. Bu da sağlam mövqe deyil. Çünki reallıqdan uzaqlaşma yaranır, xərclər nəzarətsiz qalır və problem gecikmiş formada daha ağır şəkildə üzə çıxır”.

Onun sözlərinə görə, məhz bu iki ifratın arasında daha dərin psixoloji davranış modelləri formalaşır: "Pul davranışı ilə bağlı problemlər çox vaxt sadəcə pis vərdiş kimi görünür, amma əslində onların arxasında emosional və psixoloji mexanizmlər dayanır. Pul məsələsində ifrat davranışlar demək olar ki, heç vaxt təsadüfi olmur.

“Komplusiv xərcləmə zamanı insan ehtiyac olmadan alış edir. Əsas məqsəd çox vaxt emosional boşluğu doldurmaqdır. Bu, qısa müddət rahatlıq verir, daha sonra isə peşmançılıq hissi yaranır. Kompulsiv yığma zamanı isə əksinə, insan pul xərcləməkdən qorxur və hətta əsas ehtiyaclarını belə təxirə salır. Burada təhlükəsizlik ehtiyacı həddindən artıq güclənir”.

Psixoloq əlavə edib ki, bəzi insanlar yalnız pulu deyil, ümumilikdə resursları toplamağa və saxlamağa meylli olurlar: "Bəzi hallarda yüksək enerji və impulsivlik dövrlərində nəzarətsiz xərcləmə baş verir. Digər hallarda isə insan emosional boşluğu kompensasiya etmək üçün xərcləməyə üstünlük verir. Qumar davranışı isə artıq risk hissi ilə bağlı formalaşan asılılıq modelidir".

"Əsas sual budur: sən pulu niyə sayırsan? Əgər bu, nəzarət üçündürsə, faydalıdır. Əgər qorxu və narahatlıqdan doğursa, o zaman artıq pul yox, davranışı yönləndirən daxili vəziyyətdir”, - deyə R.Nəcəfov vurğulayıb.

Xərclər üzrə konsultant Ruzanna Bəşirova isə bildirib ki, bu deyimin necə yarandığını araşdırmaq lazımdır: "Bəzən atalar sözləri və deyimlər zamanla dəyişir, nəticədə ilkin məna itir. Hər şeyi tez-tez etmək lazımdır və ya əksinə, etmək lazım deyil demək doğru deyil. Bütün qaydalar bütün insanlar və situasiyalar üçün eyni işləmir. Bəzən pulu tez-tez saymaq, bəzən isə müəyyən aralıqlarla yoxlamaq kifayət edir”.

Borc verəkmi?

Ekspert vurğulayıb ki, pulu tez-tez saymağın təsiri insanın xarakterindən və psixoloji vəziyyətindən asılı olaraq dəyişə bilər: “Maliyyə məsələləri yalnız büdcə ilə bağlı deyil, psixoloji vəziyyətlə də sıx əlaqəlidir. Buna görə də bu məsələdə ümumi qaydalar müəyyən etmək çətindir. Bununla belə, büdcə mütəmadi izlənilməlidir ki, insan maliyyəsini idarə edə bilsin və çətin vəziyyətlərlə üzləşməsin”.

R.Bəşirovanın sözlərinə görə, hesabı izləyərkən hansı sahələrə davamlı pul xərcləndiyinə, eləcə də kiçik görünən, lakin əslində ehtiyac olmayan xərclərə diqqət yetirmək vacibdir: “Bu zaman insan maliyyə itkisinə səbəb olan məqamları daha rahat müəyyən edə və onları aradan qaldıra bilər. Büdcənin izlənilməsi qənaət və düzgün xərcləmə vərdişlərinin formalaşmasına kömək edir”, – deyə ekspert əlavə edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

12.06.2026

Məzənnə

Yüklənir...