Redaktor
Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı
"Equal AI" , "Prosus Ventures" və "Tomales Bay Capital" şirkətlərinin rəhbərlik etdiyi B seriyası investisiya raundunda 30 milyon dollar vəsait cəlb edib.
Valyuta.az xəbər verir ki, bununla da şirkətin ümumi investisiya həcmi 42 milyon dolları ötüb.
Startap istifadəçinin əvəzinə naməlum nömrələrdən gələn zəngləri qəbul edir, zəngin məqsədini müəyyənləşdirərək qısa xülasə təqdim edir. Tətbiq həmçinin kuryerlər və digər xidmətlər üçün əvvəlcədən hazırlanmış cavabları süni intellekt vasitəsilə səsləndirə bilir.
Startapın təsisçisi Keşav Reddi (Keshav Reddy) bildirib ki, 2022-ci ildə tətbiqin aylıq aktiv istifadəçi sayı 1 milyonu, gündəlik aktiv istifadəçi sayı isə 300 mini keçib.
Şirkət gələcəkdə tanınmış nömrələrdən gələn zənglərin də yoxlanılması, istifadəçi adından görüş təyin edilməsi və kuryerlərə məlumat göndərilməsi kimi funksiyalar əlavə etməyi planlaşdırır. Hazırda yalnız “Android”də fəaliyyət göstərən tətbiqin iOS versiyası və ödənişli abunə modeli üzərində də iş aparılır.
Qeyd edək ki, “Equal AI” bu sahədə “Google, Apple” və “Truecaller” kimi şirkətlərlə rəqabət aparır.
Rəfiqə Abdin