Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

Redaktor

12.06.2026 15:37
51

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

Çoxsaylı vətəndaşları aldadaraq onların adına şirkətlər açmaqda ittiham olunan mütəşəkkil dəstə üzvləri ifşa ediliblər.

Valyuta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində 10-a yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər arasında "SHARM DİZAYN" MMC-nin rəhbəri Elton Səlimov, "KANARYA.LLD" MMC-nin rəhbəri Çələbi Məmmədov, "ZINAV-LTD" MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər də var. İş materiallarında yazılıb ki, həmin şəxslər müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, sonradan isə bu hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra adına açılmış şirkətin 55 min manat vergi borcu yarandığını öyrənib. Digər bir şəxs isə xaricə səfər etmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, adına açılmış şirkətlərə görə 40 min manatdan artıq vergi borcu yarandığını bilib. İstintaq zamanı məlum olub ki, sonuncu şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Ümumilikdə isə işbazlar bu qanunsuz əməllər nəticəsində milyonlarla pul qazanıblar.

Şikayətlər və ödənilməmiş vergi öhdəlikləri ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılıb. Toplanmış sübutlar əsasında Çələbi Məmmədov, Rövşən Hüseynov da daxil olmaqla bəzi dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və başqa maddələrlə ittiham elan edilib. Bu əməllərin cəzası 10 ildən artıq həbsdir.

Cinayət işləri üzrə ibtidai istintaq artıq başa çatıb, yaxında məhkəmə araşdırması başlayacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Məzənnə

Yüklənir...