"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

Redaktor

12.06.2026 19:18
29

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

İlon Maskın süni intellekt şirkəti "xAI" keçmiş mühəndisinin açdığı məhkəmə iddiası ilə gündəmə gəlib. Keçmiş əməkdaş Devin Kim iddia edir ki, şirkətin süni intellekt modeli "Grok"un təhlükəsizlik problemləri barədə rəhbərliyə məlumat verdikdən sonra işdən çıxarılıb.

Valyuta.az xəbər ki, Kaliforniya ştat məhkəməsinə təqdim olunan iddia ərizəsində yalnız "xAI" deyil, həm də "SpaceX" cavabdeh qismində göstərilib. Məhkəmə prosesinin "SpaceX"in planlaşdırılan böyük ilkin səhmlərin yerləşdirilməsi (IPO) mərhələsinə az qalmış başlanması da diqqət çəkib.

Devin Kimin sözlərinə görə, o, şirkətdə işlədiyi müddətdə "Grok"un təhlükəsizliyi ilə bağlı rəhbərliyə dəfələrlə xəbərdarlıq edib. O, modelin ayrı-seçkilik xarakterli məzmun yarada biləcəyini və kütləvi qırğın silahları ilə bağlı təhlükəli məlumatların yayılmasına səbəb ola biləcəyini bildirib.

İddiada qeyd olunur ki, sonradan "Grok"un özünü "MechaHitler" kimi ifadələrlə təqdim etməsi və "X" platformasında razılıq olmadan açıq-saçıq məzmun paylaşması bu narahatlıqları yenidən gündəmə gətirib.

Məhkəmə sənədlərində diqqət çəkən məqamlardan biri İlon Maskın birbaşa ittiham olunmamasıdır. Devin Kimin vəkillərinin bildirdiyinə görə, Mask şirkətə təhlükəsizlik testlərinin tam şəkildə aparılması barədə aydın göstərişlər verib.

Əsas ittihamlar isə "xAI" şirkətinin həmtəsisçisi olmuş və yaxın zamanda şirkətdən ayrılan Cimmi Baya qarşı irəli sürülür. İddiaya əsasən, Ba bu göstərişlərə əməl etməyib, Kimə təzyiq göstərib və söhbətlərdən birində belə deyib: "Süni intellekt onsuz da hamımızı öldürəcək. Mən sadəcə superzəkaya ilk çatan olmaq istəyirəm".

Məhkəmə sənədlərində 2025-ci ilin avqustunda baş verdiyi iddia edilən başqa bir hadisə də yer alıb. Bildirilir ki, Cimmi Ba "Grok Code 1" modelinin təqdimatı zamanı Avropa İttifaqının təhlükəsizlik tələblərindən yayınmağa çalışıb və məcburi testlərdən qaçmaq üçün modeli fərqli şəkildə təqdim edib.

Sənədlərdə ona aid edildiyi iddia olunan digər ifadə isə belədir: "Mən zəif performans göstərən model yox, təhlükəsiz olmayan model təqdim etməyi üstün tutaram".

İddiada qeyd olunur ki, sonradan vəziyyətə şəxsən İlon Mask müdaxilə etməli olub.

Devin Kim bildirir ki, 2025-ci ilin sentyabrında təhlükəsizliklə bağlı əldə etdiyi nəticələri şirkət daxilində təqdim etməyə hazırlaşarkən təcili görüşə çağırılıb və həmin görüşdə səbəb göstərilmədən işdən azad edilib.

Hazırda keçmiş mühəndis maddi təzminat tələb edir və məhkəmədən işdən çıxarılmasının qanunsuz hesab olunmasını istəyir.

Qeyd edək ki, bu iddialar məhkəmə prosesinin bir hissəsidir və hələlik məhkəmə tərəfindən təsdiqlənmiş faktlar hesab edilmir. "xAI", "SpaceX" və adı çəkilən şəxslər tərəfindən irəli sürülən ittihamlarla bağlı yekun hüquqi qərar verilməyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

12.06.2026

Məzənnə

Yüklənir...