Redaktor
Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır
"Microsoft"un 2026 İş Trendləri İndeksi illik hesabatına əsasən, müəssisələrin təxminən yarısı (49%) süni intellekti analiz və qərar dəstəyi mexanizmlərində istifadə edir. Bununla belə, ekspertlər bildirir ki, rəqabət üstünlüyünü müəyyən edən əsas faktor texnoloji imkanlardan çox, bu imkanların düzgün qərarlara çevrilmə bacarığıdır.
Valyuta.az xəbər verir ki, rəqəmsal transformasiya büdcələri qlobal miqyasda artmağa davam edir. Lakin mütəxəssislərə görə, bazarda əsas fərq artıq texnologiyanın mövcudluğu ilə deyil, onun strateji qərarlara necə yönəldilməsi ilə yaranır.
Hesabatda qeyd olunur ki, süni intellektin iş proseslərinə təsirinin təxminən 67 faizi təşkilati struktur, idarəetmə yanaşması və korporativ mədəniyyət kimi insan və sistem amillərindən asılıdır. Bu isə göstərir ki, texnologiya təkbaşına nəticə yaratmır və liderlik modellərinin də bu sürətə uyğunlaşması vacibdir.
Mütəxəssislər vurğulayır ki, proseslər yalnız məlumat istehsalı ilə məhdudlaşmamalıdır. Şirkətlər data platformalarına və süni intellekt alətlərinə investisiya etsə də, eyni zamanda qərarvermə mexanizmlərini də inkişaf etdirməlidir.
OBASE şirkətinin həmtəsisçisi və CEO-su Dr. Bülent Dalın fikrincə, süni intellektdən real fayda əldə edən şirkətlər yalnız analiz aparanlar deyil, həm də doğru zamanda operativ qərar verə bilən təşkilatlardır.
Nəticə olaraq, hesabat göstərir ki, süni intellekt yatırımları avtomatik olaraq daha yaxşı qərarlar demək deyil; əsas fərq texnologiyanın necə idarə olunduğu və təşkilat daxilində necə istifadə edildiyidir.
Paşa Məmmədli