Ölkədə debitor borcların məbləği açıqlanıb

Redaktor

12.06.2026 15:51
49

Ölkədə debitor borcların məbləği açıqlanıb

2025-ci ildə Azərbaycanda debitor borcların artım tempinin dövlət büdcəsi xərclərinin artım tempini üstələməsi müvafiq borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisinin artmasını şərtləndirib.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il debitor borclar 1 milyard 19,1 milyon manat və yaxud 17 % artaraq 7 milyard 10,1 milyon manata çatıb ki, bu da dövlət büdcəsi xərclərində müşahidə edilən artımdan müvafiq olaraq 128,3 milyon manat və 14,6 faiz bəndi çoxdur. Hesabat ilində dövlət büdcəsi xərclərində müşahidə edilən kiçik artım (2,4 %) fonunda debitor borcların sürətlə böyüməsi müvafiq borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisinin 2,3 faiz bəndi artaraq 18, 2%-ə çatmasına səbəb olub. Debitor borclarda yaranan xalis artımın il ərzində yeni yaranmış və bağlanmış borclar arasında fərqə bərabər olması 2025-ci ilin dövlət büdcəsindən həmin qurumlara ayrılan vəsaitlərin minimum müvafiq xalis artım məbləğinə bərabər olan hissəsinin faktiki xərcə çevrilmədiyini deməyə əsas verir. Başqa sözlə, təhlillər 2025-ci ildə dövlət büdcəsi xərclərinin kassa və faktiki icrası arasında fərqin daha da genişləndiyini göstərir.

"2020-ci illə müqayisədə (7,8% ) debitor borcların büdcə xərclərində xüsusi çəkisi 2,3 dəfə artıb. Debitor borcların akkumulyativ xarakter daşıması ilə əlaqədar olaraq müvafiq borcların dövlət büdcəsinin xərclərinə nisbət göstəricisi şərti xarakter daşıyır. Belə ki, 2025-ci

ilin sonuna debitor borcların məbləği hesabat ili ərzində mövcud borcların bağlanması və yeni debitor borcların yaranmasının qarşılıqlı təsiri nəticəsində formalaşıb. Təhlillər və aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri göstərir ki, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar, büdcə təşkilatlarının büdcədənkənar xərcləri bu məbləğə daxil edilmir.

Eyni zamanda, Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bəzi hallarda təşkilatlar tərəfindən xərclər üzrə debitor borcların (qabaqcadan ödənişlərin) uçota alınmaması və yaxud səhv uçota alınması, təsdiqedici sənədlər olmadan debitor borcların bağlanılması halları müəyyən edilir ki, bu da qabaqcadan ödənişlərin real məbləğlərinin daha yuxarı rəqəmlə ifadə

olunduğu qənaətinə gəlməyə imkan verir", - deyə Rəydə qeyd olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

12.06.2026

Məzənnə

Yüklənir...