Gənclərin pul yığa bilməməsinin səbəbi - "Gözəl həyat" illüziyası...

Redaktor

23.04.2026 10:25
653

Gənclərin pul yığa bilməməsinin səbəbi - "Gözəl həyat" illüziyası...

Son zamanlar sosial şəbəkələrdə və ətrafımızda ən çox müzakirə olanan mövzu gənclərin pul yığa bilməməsidir. Bildirilir ki, əvvəlki nəsil gəliri az olsa belə, müəyyən bir yığım edə bildiyi halda, gənclərdə bu bacarıq zəifdir. Gənclər isə deyirlər ki, maaşları onlara kifayət etmir.

Maraqlıdır, burada problem daha çox maaşların yetərsizliyi ilə bağlıdır, yoxsa xərcləmə vərdişləri həlledici rol oynayır?

Valyuta.az-a danışan maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, bu fərqin səbəbləri var: “Əvvəlki nəsillər əsasən valideyn evində daha uzun müddət yaşayır və ya dövlət mənzil növbəsinə ümid edirdilər. İndiki gənc müstəqil yaşamaq məcburiyyətində qalanda, gəlirinin 40-60%-ni kirayə haqqına verir. Bu puldan sonra yığmaq üçün sadəcə imkan qalmır. Ərzaq və geyim qiymətləri orta əmək haqqı artımından daha sürətlə artır. Üstəlik, 20 il əvvəlki "bazarlıq" anlayışı ilə indiki "minimum yaşam standartı" eyni deyil. Üstəlik, gənclər iş həyatına adətən çox aşağı maaşlarla başlayırlar. Nəticədə, büdcənin əsas xərclərini ödədikdən sonra yığım üçün ayrılan hissə "riyazi olaraq sıfır" olur”.

İ.Məmmədov dedi ki, gənclərin mövcud resursları idarəetmə tərzi də əvvəlki nəsildən nəzərəçarpacaq dərəcədə fərqlidir: “Əvvəlki nəsil qənaəti həyat tərzi kimi görürdü. İndiki gənc nəsil isə maliyyə psixologiyasında "Latte Faktoru" deyilən vəziyyətlə üz-üzədir: gündəlik qəhvə, fast-food sifarişləri, onlayn oyun/içəriklərə abunəliklər. Aylıq hesablandıqda bu məbləğ, kiçik də olsa, müəyyən əmanətin əsasını təşkil edə biləcək rəqəmə çevrilir".

Maliyyəçinin sözlərinə görə, sosial şəbəkələrdə "gözəl həyat" illüziyası gəncləri qazandıqlarından daha çox xərcləməyə məcbur edir: "Niyə mən də bu restoranda olmayım?", "Niyə mənim də telefonum son model olmasın?" sualları qənaət instinktini kökündən sarsıdır”.

Ekspert bildirir ki, əvvəlki nəsil pulu "əlində saxlamaqla" qənaət edirdi. İndiki gənc nəsil kartla ödəniş edir və pulun fiziki olaraq əldən çıxdığını hiss etmir. Nəticədə ayın sonunda "Bu qədər pul hara getdi?" sualı yaranır.

Onun fikrinə əsasən gənclər çətin iqtisadi şəraitdə və istehlakı təşviq edən mədəni kodların bombardmanı altında yaşayırlar:

“Əgər maaşlar yetərli olsaydı, xərcləmə vərdişləri bir o qədər də həlledici olmazdı. Amma maaşlar limitli olduğu üçün, xərcləmə vərdişləri həlledici rola çevrilir”.

İ.Məmmədov vurğulayır ki, "60/30/10" metodu gənclərə ən uyğun metoddur:

"Məsələ 60% struktur, 40% fərdi seçim və mədəniyyətdir". 60% - həyati ehtiyaclardır ki, (Qırmızı Xərc) toxunulmazdır. "Qırmızı Xərc - İcarə/Kommunal (Əgər valideynlə yaşayırsınızsa, bu hissəni mütləq yığıma əlavə edin, yoxsa itir), əsas ərzaq səbəti və nəqliyyat xərcləri. Əgər bu hissə gəlirin 70%-ni keçirsə, bu, maliyyə idarəetməsi deyil, sağ qalma mübarizəsidir. Belə halda gəliri artırmaq prioritet olmalıdır.

30% - Həyat keyfiyyəti (Sarı Xərc) "özünüzə xərclədiyiniz" və çox zaman lüzumsuz israfın baş verdiyi hissədir. "Sarı Xərc - Kafe/Restoran sifarişləri, paltar, abunəliklər. Əvvəlki dövrlə müqayisədə ən çox dəyişən bu qrupdur.
10% - Gələcək fondu (Yaşıl Xərc - TOXUNMA!) - sizin yığımınızdır. "10% çox azdır?" - sualı yaranır. Əvvəlki nəsil "əlində pul qalanda qoyaram" deyirdi - qalmırdı. Siz əvvəlcə 10%-i ayırın. Bu pul Təcili Yardım Fondudur. Məqsədi ayda 500 AZN maaş alan gəncin 6 ay sonra 300 AZN "hava yastığı"na sahib olmasıdır. Bu məbləğ gözlənilməz xərc zamanı sizi borca düşməkdən xilas edir".

Maliyyəçi gənclərin yığıma mənzil və maşın kimi böyük məqsədlərlə  başlayanda tez ruhdan düşdüyünü bildirir: "Bu sistemin məqsədi "Sabah ac qalmamaq" vərdişini formalaşdırmaqdır. Bu vərdiş formalaşdıqda, gəlir artdıqca yığım da avtomatik artacaq".

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Məzənnə

Yüklənir...