Qazandığınız hara gedir? Bu 5 səhvi bu gündən dayandırın

Redaktor

17.04.2026 08:30
369

Qazandığınız hara gedir? Bu 5 səhvi bu gündən dayandırın - SƏHƏR OXUSU

2026-cı ildə artan xərclər və iqtisadi qeyri-müəyyənlik fonunda maliyyə düşüncə tərzini formalaşdırmaq hər zamankından daha vacibdir. Deyv Remzinin “Pul yalnız riyaziyyat deyil, davranışdır” fəlsəfəsi göstərir ki, maliyyə uğuru təkcə hesablamalardan deyil, vərdişlərdən, intizamdan və məqsədli seçimlərdən asılıdır.

Remzi bildirib: “Şəxsi maliyyə yalnız 20 faiz nəzəri bilikdir. Qalan 80 faiz — məsələnin əsas hissəsi — davranışdır. Pul ilə bağlı davranışlarımız bizi ya ən böyük çətinliklərə sala, ya da ən böyük uğurlara apara bilər.”

Budur, pulun riyaziyyatdan daha artıq məna daşıdığı düşüncə tərzini tətbiq etməklə bu gündən qıra biləcəyiniz beş pis maliyyə vərdişi:

Həddindən artıq xərcləmə

Remzinin qızı Reyçel Kruz deyib: “Niyə belə davrandığınızın — niyə xərclədiyinizin, yığım etdiyinizin, borcdan istifadə etdiyinizin, investisiyanı təxirə saldığınızın və digər qərarlarınızın kökünə varmaq istəyirsinizsə, pul psixologiyasının sizə necə təsir etdiyini öyrənməlisiniz.”
Sadəcə yaşamaqla rahat yaşamaq arasındakı fərq getdikcə azalır. Həyat üçün vacib ehtiyaclar bahalaşdıqca, yığım etmək və borcları bağlamaq daha da önəm qazandıqca, vacib olmayan xərclər ixtisara düşməlidir.
Hətta iqtisadiyyatın yaxşı dövrlərində belə əyləncə, hobbi, istirahət və səyahət kimi könüllü xərcləri azaltmağa diqqət yetirmək lazımdır. Ani alışlardan uzaq durmaq, istifadə edilməyən yayım platformalarını və yemək çatdırılması xidmətlərini ləğv etmək sizə daha çox yığım, borc ödənişi və investisiya imkanı verə bilər. Vacib olmayan hər alışdan əvvəl dayanıb düşünün — görəcəksiniz ki, əksər xərclər gözləyə bilər.


Pis büdcə planlaması

Əlbəttə, hər kəsin şəxsi maliyyə vəziyyəti qazancı, borcu, yaşayış xərcləri və maliyyə hədəfləri kimi amillərdən asılıdır. Lakin düzgün olmayan xərcləmə və yığım davranışları hamıda rast gəlinə bilər və bunları daha güclü intizamla dəyişmək mümkündür.
İstər 50-30-20 qaydasından istifadə edin, istərsə də gələn-gedən hər qəpiyi izləyin, əsas məsələ büdcə qurmaq, ona sadiq qalmaq və onu mütəmadi nəzərdən keçirməkdir. Bu, həm qısamüddətli xərcləri idarə etməyə, həm də uzunmüddətli ehtiyacları qarşılamağa kömək edir.
Məsələn, sığorta haqqının cüzi artması vəsaiti digər vacib öhdəliklərdən yayındıra bilər. Buna görə də bir sistem seçmək və onu davamlı izləmək hədəflərinizi və onlara necə çatacağınızı aydın göstərir.


Gələcək üçün yığım etməmək

Daim xərcləməyə təşviq edən mühit pis maliyyə vərdişləri yarada və gələcəyinizi poza bilər. “Anı yaşamaq” yaxşı niyyət olsa da, bunu düşünülməmiş şəkildə etmək gələcək imkanlara zərər verə bilər.
Biz daim xərcləmək və yığım etmək arasında seçim edirik və bu belə də davam edəcək. Amma bu gün verilən daha ağıllı qərarlar gələcəkdə sizə və yaxınlarınıza böyük fayda verəcək.
Maaşın bir hissəsini avtomatik olaraq yığım hesabına köçürmək, mümkün xərcləri azaltmaq, əlavə gəlir mənbəyi yaratmaq və pensiya hesabına vəsait ayırmaq kimi kiçik addımlar gələcəkdə ev almaq, övladların təhsilini maliyyələşdirmək və ya rahat pensiya həyatı yaşamaq üçün vəsait toplamağa kömək edəcək.

Fövqəladə hallar fondu yaratmamaq

Yığım və borcsuz yaşamağı əsas maliyyə prinsipi sayan mütəxəssislər, o cümlədən Remzi hesab edir ki, könüllü xərclərə gedən vəsait borcların bağlanmasına və fövqəladə hallar fondunun yaradılmasına yönəldilməlidir.
Əksər mütəxəssislər fövqəladə hallar fondunda ən azı üç-altı aylıq yaşayış xərclərinə bərabər məbləğin olmasını tövsiyə edir. Mövcud iqtisadi şəraiti nəzərə alaraq bəziləri doqquz aylıq ehtiyat fondu yaratmağı da məsləhət görür.
İlk addım olaraq kritik xərclərinizi — işinizi itirdiyiniz və ya böyük bir fəlakətlə üzləşdiyiniz halda lazım olacaq məbləği — hesablayın. Sonra ehtiyac varsa, fondu genişləndirin. Əsas məsələ yığıma başlamaqdır.


Kredit kartlarına arxalanmaq

Hər kəs bilir ki, kredit kartları tələ ola bilər. Bəzi hallarda faydalı olsalar da, yenə də risk daşıyırlar. Kart borcundan qurtulmaq intizam tələb edir. Bunun üçün istifadənizi məhdudlaşdırmalı, minimum ödənişdən daha çox məbləğ ödəməli və kredit kartı xərclərini büdcə ilə nəzarətdə saxlamalısınız.
Necə ki, sağlam qidalanma və idman sağlamlığınızı yaxşılaşdırır, eləcə də daha ağıllı xərcləmə və yığım davranışları şəxsi maliyyə vəziyyətinizi gücləndirir. Davranışlarınızı dəyişmək və bu pis vərdişləri gec olmadan aradan qaldırmaq isə sizin əlinizdədir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Məzənnə

Yüklənir...