Redaktor
"Siri" və ChatGPT tərəfdaşlığında gizli savaş: "OpenAI" məhkəmə qapısında
Böyük maraqla qarşılanan süni intellekt inteqrasiyasının arxasında ciddi güc mübarizəsinin getdiyi bildirilir. Son aylarda “Apple” ekosisteminə daxil ediləcəyi açıqlanan ChatGPT, gözləniləndən xeyli zəif tətbiq prosesi ilə üzləşib. Sızan məlumatlara görə, “OpenAI” rəhbərliyi Kupertino mərkəzli texnologiya nəhəngi “Apple”ın müqavilə şərtlərini yerinə yetirmədiyini iddia edərək hüquqi addım atmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, iki nəhəng arasındakı əməkdaşlıq ilk mərhələdə daha ümidverici görünürdü. “Apple” “Siri” ilə qurulan bu inteqrasiyanı, keçmişdə “Safari” brauzerində “Google”un standart axtarış sistemi seçilməsi strategiyasına bənzər şəkildə dəyərləndirirdi. Bu yanaşma “OpenAI” tərəfində mobil ekosistem üzərindən hər il milyardlarla dollar həcmində yeni abunə gəliri əldə etmək gözləntisi yaratmışdı. Lakin hazırkı mərhələdə şirkət “Apple”ın “ChatGPT”ni arxa planda saxladığını və brend dəyərinə zərər vurduğunu düşünür.
Prosesin məhkəməyə gedə bilməsində əsas amillərdən biri “Apple”ın interfeys dizaynı ilə bağlı seçimləri olub. İstifadəçilərin “Siri” vasitəsilə süni intellektə çatmaq üçün davamlı olaraq “ChatGPT” adını çəkməli olması, əlçatanlıq baryeri yaradır. Bundan əlavə, cavabların ekranın kiçik hissəsinə yerləşdirilməsi funksiyanın görünürlüğünü azaldır. “OpenAI” nümayəndələri müqavilə imzalanarkən bu səviyyədə məhdudiyyət gözləmədiklərini bildirir.
Müstəqil hüquq komandası ilə sənəd hazırlayan şirkət yaxın vaxtlarda rəsmi addım atmağa hazırlaşır. Böhran məhkəmə müstəvisinə keçmədən həll edilmək istənsə də, tərəflər arasında münasibətlərin ciddi şəkildə gərginləşdiyi qeyd olunur. Hətta “OpenAI”ın “Apple” ilə gələcək digər layihələr üzrə əməkdaşlıq təkliflərini də rədd etdiyi bildirilir.
Hüquqi prosesin gecikməsinin bir səbəbinin də İlon Maskın açdığı mövcud dava ilə bağlı olduğu qeyd edilir. Mask iki şirkətin bazarda inhisar yaratdığını iddia etmişdi. Lakin yeni yaranan bu mübahisə “gizli ittifaq” iddialarını zəiflədir. “Apple”ın “OpenAI”ın öz ağıllı cihaz layihəsini və keçmiş dizayn rəhbəri Coni Ayv ilə əməkdaşlığını öyrəndikdən sonra bu inteqrasiyada geri addım atdığı iddia olunur.
Kupertino rəhbərliyinin hazırda “Anthropic” şirkətinin “Claude” və “Google”un “Gemini” sistemlərini “Siri” üzərində sınaqdan keçirdiyi bildirilir. Məhkəmə orqanları isə Elon Maskın Tim Kukun yazışmalarının araşdırılması tələbinə rədd cavabı verib, lakin baş proqram təminatı rəhbəri Kreyq Federiqinin strateji qərarlarına dair sənədlərin təqdim edilməsinə qərar verib. Payızda gözlənilən böyük məhkəmə iclasından əvvəl iyun ayında “Siri” üçün yayımlanacaq yeniləmənin gərginliyi azaltması ehtimalı da qeyd olunur. Hazırda isə iki nəhəng hüquqi sərhədlər daxilində qarşı-qarşıya dayanıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNorveçdən Albaniyaya: Avropada istirahət üçün 13 ən yaxşı gizli məkan
08.06.2026"OpenAI" "ChatGPT" ilə bağlı mühüm planlarını açıqladı
08.06.2026Məşhur brendin rəhbəri idman avtomobillərinin əsas problemini açıqladı
08.06.2026Maliyyə planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı vacib addım
08.06.2026Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir – Fotolar
08.06.2026İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı - YENİLƏNİB
08.06.2026Naxçıvanda yollar 18,6 milyona yenilənəcək
08.06.2026"Google" "SpaceX"ə hər ay təxminən 1 milyard dollar ödəyəcək
08.06.2026"OpenAI" ChatGPT tarixinin ən böyük yeniləməsini hazırlayır - Nə dəyişəcək?
08.06.2026Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib
08.06.2026Azərbaycana gətirilən ən bahalı albalının kilosu 34 manatı keçib
08.06.2026Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər
08.06.2026Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi
08.06.2026Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
08.06.20261,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA
08.06.2026