Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir

Redaktor

08.06.2026 21:52
29

Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir – Fotolar

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır.

Valyuta.az "Baku.ws"ə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir.

Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın və piyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.

Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.

Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidləri, ağaclardan ibarət bufer zolağı və parklanma sahəsi təşkil ediləcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Maliyyə planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı vacib addım

08.06.2026

Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir – Fotolar

08.06.2026

İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı  - YENİLƏNİB

08.06.2026

Naxçıvanda yollar 18,6 milyona yenilənəcək

08.06.2026

"Google" "SpaceX"ə hər ay təxminən 1 milyard dollar ödəyəcək

08.06.2026

"OpenAI" ChatGPT tarixinin ən böyük yeniləməsini hazırlayır - Nə dəyişəcək?

08.06.2026

Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

08.06.2026

Azərbaycana gətirilən ən bahalı albalının kilosu 34 manatı keçib

08.06.2026

Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər

08.06.2026

Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi

08.06.2026

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08.06.2026

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026
Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

08.06.2026

Dəbdəbə kəskin ucuzlaşdı: Dubayın elit otelləri qiymətləri 4 dəfə endirdi

08.06.2026

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Məzənnə

Yüklənir...