Məşhur brendin rəhbəri idman avtomobillərinin əsas problemini açıqladı

Redaktor

08.06.2026 23:16
26

Məşhur brendin rəhbəri idman avtomobillərinin əsas problemini açıqladı

"Lotus" şirkətinin baş direktoru Fen Cinfen bir çox idman avtomobillərində olan əsas çatışmazlığı açıqlayıb. Maraqlıdır ki, bu problem şirkətin öz modellərinin bir hissəsinə də aiddir.

Valyuta.az xəbər verir ki, bu barədə "Autolatest" yazıb.

O, bildirib ki, 1800 kq-dan ağır olan istənilən sportkar orta səviyyəli hesab olunur. 

Diqqət çəkən məqam odur ki, "Lotus"un bir çox modelinin çəkisi bu həddi aşır. Yeganə istisna "Emira" modelidir ki, onun çəkisi versiyadan asılı olaraq 1440–1470 kq arasında dəyişir.

Bununla yanaşı, "Lotus"un elektrik modelləri — "Eletre", "Emeya" və "Evija" — hamısı 1800 kq-dan ağırdır. Xüsusilə "Eletre" elektrik krossoverinin çəkisi təxminən 2600 kq təşkil edir.

Cinfenin sözlərinə görə, yüksək güc göstəricisi avtomobil çox ağır olduqda mənasını itirir. O qeyd edib ki, elektromobillərin dövründə 2000 at gücünə çatmaq asan olsa da, ağır avtomobillər idarəetmə baxımından üstünlük təmin etmir.

Şirkət rəhbəri "Lotus"un gələcək sportkarları üçün 1,8 tonluq çəki limitini standart kimi müəyyən etdiklərini bildirib. O həmçinin qeyd edib ki, yaxın zamanda V8 mühərrikli və ümumi gücü 1000 at gücündən çox olacaq "Lotus Type 135" modeli təqdim olunacaq, lakin onun çəkisi hələ açıqlanmayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Norveçdən Albaniyaya: Avropada istirahət üçün 13 ən yaxşı gizli məkan

08.06.2026

"OpenAI" "ChatGPT" ilə bağlı mühüm planlarını açıqladı

08.06.2026

Məşhur brendin rəhbəri idman avtomobillərinin əsas problemini açıqladı

08.06.2026

Maliyyə planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı vacib addım

08.06.2026

Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir – Fotolar

08.06.2026

İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı  - YENİLƏNİB

08.06.2026

Naxçıvanda yollar 18,6 milyona yenilənəcək

08.06.2026

"Google" "SpaceX"ə hər ay təxminən 1 milyard dollar ödəyəcək

08.06.2026

"OpenAI" ChatGPT tarixinin ən böyük yeniləməsini hazırlayır - Nə dəyişəcək?

08.06.2026

Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

08.06.2026

Azərbaycana gətirilən ən bahalı albalının kilosu 34 manatı keçib

08.06.2026

Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər

08.06.2026

Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi

08.06.2026

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08.06.2026

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026
Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

08.06.2026

Dəbdəbə kəskin ucuzlaşdı: Dubayın elit otelləri qiymətləri 4 dəfə endirdi

08.06.2026

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

Məzənnə

Yüklənir...