"Samsung" 13 səhv parol cəhdindən sonra smartfonları bloklayacaq

Redaktor

27.07.2026 21:00
36

"Samsung" 13 səhv parol cəhdindən sonra smartfonları bloklayacaq

"Samsung" şirkəti One UI 9.0 interfeysində ekran kilidinin PIN-kodu, parolu və ya qrafik açarının səhv daxil edilməsi cəhdlərinin sayına daha sərt məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət yeniliklər barədə rəsmi saytında məlumat yayıb.

Yeni qaydalara əsasən, parolun beş dəfə uğursuz daxil edilməsindən sonra smartfon növbəti cəhdə qədər gözləmə müddətini avtomatik artırmağa başlayacaq. Bloklama müddəti mərhələli şəkildə artacaq: bir dəqiqədən 24 saata qədər.

Ardıcıl 13-cü səhv cəhddən sonra cihaz tamamilə bloklanacaq. Girişi bərpa etmək üçün yalnız smartfonu zavod parametrlərinə sıfırlamaq mümkün olacaq. Bu isə öz növbəsində cihazın yaddaşındakı bütün məlumatların silinməsinə səbəb olacaq.

Təsadüfi bloklanma ehtimalını azaltmaq üçün "Samsung" "ağıllı hesablama" mexanizmi tətbiq edəcək. Əgər istifadəçi eyni səhv PIN-kodu, parolu və ya qrafik açarını iki dəfə ardıcıl daxil edərsə, sistem bunu bir səhv kimi hesablayacaq.

Bundan əlavə, limitə yaxınlaşdıqca smartfon sahibini qalan cəhdlərin sayı barədə xəbərdar edəcək.

Yeni qaydalar biometrik identifikasiyadan istifadə edən cihazlara da şamil olunacaq. Barmaq izi və ya üz tanıma ilə kilidi açmaq mümkün olsa da, "Android" tələblərinə əsasən, əsas parol, PIN-kod və ya qrafik açar ən azı 72 saatdan bir və ya cihaz ilk dəfə işə salındıqda mütləq daxil edilməlidir.

"Samsung" həmçinin bildirib ki, istifadəçi kilid açma kodunu itirdiyi halda şirkət cihaza girişi bərpa edə bilməyəcək. Smartfonu yenidən işlək vəziyyətə qaytarmağın yeganə yolu tam zavod sıfırlaması olacaq.

Bundan sonra istifadəçi əvvəllər cihaza bağlanmış "Samsung" və "Google" hesabları vasitəsilə yenidən autentifikasiyadan keçməli olacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıdakı dövlət mənzil fondunun təmiri üçün 3,9 milyon manatlıq tender

27.07.2026

2026-cı ilin ilk yarısında iaşə dövriyyəsi necə dəyişib? – CƏDVƏL

27.07.2026

İstifadəçilər ən çox hansı internet xidmətində vaxt keçirir? - Alimlər açıqladı

27.07.2026

"Samsung" 13 səhv parol cəhdindən sonra smartfonları bloklayacaq

27.07.2026

Ceymi Daymon CEO-ları uğursuzluğa aparan əsas xüsusiyyəti açıqlayıb

27.07.2026

Məktəblərin internet şəbəkəsinin genişləndirilməsi üçün 8 milyona yaxın müqavilə bağlanıb

27.07.2026

Avropada istirahət üçün ən ucuz ölkələr

27.07.2026

Tarixin ən yaxşı 8 videokartı açıqlandı

27.07.2026

Azərbaycan mamırın kiloqramını 100 manata idxal edib

27.07.2026

"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

27.07.2026

"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

27.07.2026

2 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası

27.07.2026

Sem Altman: Süni intellekt yarışın "təklik nöqtəsi"nə çatıb

27.07.2026

Maliyyə planı nədir və biznes üçün niyə vacibdir?

27.07.2026

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®

27.07.2026

100 manatdan başlayan "Əlverişli" depozit

27.07.2026

“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib

27.07.2026

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

27.07.2026

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

27.07.2026

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

27.07.2026

Məzənnə

Yüklənir...