Rəhbərinizin gözləri sizdədirsə, ürəyiniz işdə olmayacaq

Redaktor

04.02.2026 09:00
97

Rəhbərinizin gözləri sizdədirsə, ürəyiniz işdə olmayacaq

İş mühitində müdir-işçi münasibətləri əməkdaşların motivasiyası və ümumi iş keyfiyyəti baxımından mühüm rol oynayır. Bu münasibətlərin düzgün qurulması üçün həm işçilər, həm də rəhbərlik tərəfindən müxtəlif idarəetmə addımları atılır. Bu addımlardan biri də rəhbərlərin əməkdaşların iş prosesini mütəmadi yoxlamasıdır. Bəs rəhbərin işçiləri tez-tez nəzarətdə saxlaması həqiqətən işin keyfiyyətini artırırmı?

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, bu məsələ birbaşa qanunvericiliklə tənzimlənmir: “Qeyd olunan məsələ əmək qanunvericiliyində konkret şəkildə nəzərdə tutulmayıb. Bu, əsasən işəgötürənin daxili qaydaları və idarəetmə yanaşması ilə müəyyənləşdirilən məsələdir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır, lakin rəhbərin əməkdaşların işini daima yoxlaması düzgün yanaşma deyil”.

Ekspertin sözlərinə görə, davamlı nəzarət işçilərdə psixoloji narahatlıq yaradır, qarşılıqlı etimadı zəiflədir və nəticə etibarilə əmək məhsuldarlığının azalmasına səbəb olur: “Əməkdaş bilməlidir ki, ona etibar edilir. Daim yoxlanıldığını hiss edən işçi daha çox stress altında işləyir və bu da səmərəliliyə mənfi təsir göstərir”.

Aliment net, yoxsa gross əməkhaqqından tutulmalıdır?

N.Xəlilov vurğulayıb ki, düzgün iş prosesi səlahiyyət bölgüsünə əsaslanmalıdır. Onun sözlərinə görə, xüsusilə kiçik müəssisələrdə bu bölgünün aparılmaması ciddi idarəetmə problemləri yaradır: “Bəzən elə olur ki, bütün qərarlar birbaşa şirkət rəhbəri tərəfindən verilir. Menecerlər olsa belə, onların qərarvermə səlahiyyəti olmur. Rəhbər isə həm qərar verir, həm də bütün işləri özü yoxlayır”.

Ekspert hesab edir ki, bu cür idarəetmə modeli həm rəhbərlik-işçi münasibətlərində gərginlik yaradır, həm də uzunmüddətli perspektivdə şirkət üçün risklər formalaşdırır: “Nəticədə əməkdaşlarda rəhbərliyə qarşı xoş olmayan münasibət formalaşır, iş prosesində səmərəlilik azalır və bu da kadr axınına, işçilərin şirkətdən uzaqlaşmasına gətirib çıxarır”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb

04.02.2026

Misir və Azərbaycan supermarketləri arasında qiymət fərqləri - Onlarda 6, bizdə 28 manata

04.02.2026

IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı - SİYAHI

04.02.2026

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

04.02.2026

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfəyə yaxın üstələyib

04.02.2026

AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib

04.02.2026

Azərbaycanda bütün limanlar bağlandı

04.02.2026

Tokenlər niyə listinqdən sonra dəyər itirir: bazar prizmasından baxış

04.02.2026

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

04.02.2026
"İş yerində bu problem müəssisələrdə məhsuldarlığı 60%-ə qədər azaldır"

"İş yerində bu problem müəssisələrdə məhsuldarlığı 60%-ə qədər azaldır"

04.02.2026

Qızıl yenidən bahalaşdı

04.02.2026

Azərbaycan nefti cüzi bahalaşdı

04.02.2026

Manatın dövretmə sürəti 7%-dən çox azalıb

04.02.2026

İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir

04.02.2026

Rubl dəyər itirməyə davam edir

04.02.2026
Rəhbərinizin gözləri sizdədirsə, ürəyiniz işdə olmayacaq

Rəhbərinizin gözləri sizdədirsə, ürəyiniz işdə olmayacaq

04.02.2026

Dünyada nə qədər pul var? - SƏHƏR OXUSU

04.02.2026

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir

03.02.2026

Bu kriptovalyuta Trampın adını daşıyacaq

03.02.2026

Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu

03.02.2026

Məzənnə

Yüklənir...