Redaktor
Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
Bakı və Bakıətrafı kənd və qəsəbələrdə əhalinin artımı müşahidə edilir. Bu isə nəqliyyata, o cümlədən avtobuslardan istifadəni artırır, yeni marşrut xətləri və avtobuslara zərurət yaradır.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə əlavə və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulur:
“Həm mövcud marşrutlarda avtobusların yenilənməsi, həm də yol infrastrukturu nəzərə alınaraq xətlərdə dəyişiklik edilir və əlçatanlığın artırılması təmin olunur. Həmçinin yol infrastrukturunun vəziyyətinə və sərnişin tələbatı nəzərə alınaraq yeni qəsəbədaxili marşrutlar təşkil edilir. Bu istiqamətdə işlərin davam etdirilməsi və Bakı şəhərinin marşrut şəbəkəsinin formalaşdırılması işləri çərçivəsində əlavə yardımçı və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulub”.
AYNA qeyd edib ki, bir sıra ətraf qəsəbələrdə sıx tikinti və avtobuslar üçün son dayanacağın olmaması çətinliklər yaradır:
“Əsas çətinliklərdən biri yol infrastrukturunun ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli olmamasıdır. Həmçinin bir çox kənd və qəsəbələrdə tikililərin sıx olması, eyni zamanda nəqliyyat vasitələrinin son dayanacaq etməsi üçün əlverişli şəraitin olmaması müəyyən ərazilərin əlaqələndirməsində çətinlik yaradır”.
Qeyd olunub ki, digər nəqliyyat növlərinin inkişafı ümumilikdə avtomobilləşmənin azalması və nəqliyyat sıxlığına təsiri baxımından müsbət qiymətləndirilir:
“Çeşidli sərnişindaşıma nəqliyyatının inkişafının ümumilikdə avtobus nəqliyyatına müsbət təsirləri olacaq. Bu kimi hallarda ictimai nəqliyyat xətlərinin yenidən formalaşması və uyğunlaşması tədricən həyata keçiriləcək”.
Təşkilat əlavə edib ki, avtobuslar sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən alınaraq istismar edilir:
“Bu, həm daşıyıcıların keçirilən müsabiqələrə qatılması ilə, həm də istismarlarında olan mövcud xətlərin yenilənməsi ilə həyata keçirilir. Gün ərzində Bakıda 2300 avtobus fəaliyyət göstərir, ilkin hədəf bu sayı 2800-ə çatdırmaqdır".
“BakuBus” MMC Modern.az-a bildirib ki, 2025-ci ilin sonunda elektrik avtobus parkına əlavə olaraq 200 ədəd elektrik mühərrikli avtobus alındığını və mərhələli şəkildə marşrut xətlərinə buraxıldığını qeyd edib. Hazırda “BakuBus” MMC-nin avtobus parkında ümumilikdə 1494 avtobus mövcuddur.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTaleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"
04.02.2026Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir
04.02.2026Bakıya qar yağacaq, yollar buz bağlayacaq
04.02.2026Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı
04.02.2026Məşhur kripto-investisiya şirkəti yarım milyard zərər etdi
04.02.2026İlham Əliyevlə Nikol Paşinyan sabitliyin möhkəmləndirilməsi üçün hazır olduqlarını təsdiqləyiblər
04.02.2026Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib
04.02.2026Taleh Kazımov: "Valyuta hərracında 54 milyon dollar satılıb"
04.02.2026Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib
04.02.2026Ötən ay Avropada təbii qaz 24%, ABŞ-da isə 78% bahalaşıb
04.02.2026Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb
04.02.2026
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
04.02.2026IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı - SİYAHI
04.02.2026Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
04.02.2026Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfəyə yaxın üstələyib
04.02.2026AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
04.02.2026Azərbaycanda bütün limanlar bağlandı
04.02.2026Tokenlər niyə listinqdən sonra dəyər itirir: bazar prizmasından baxış
04.02.2026Mərkəzi Bank uçot dərəcəsini azaldıb
04.02.2026