Redaktor
Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib
Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş qismində Müdafiə Nazirliyi tanınıb.
Təqsirləndirlilən şəxsin vəkili Orxan Hacıyev Kütləvi İnformasiya Vasitələrinin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulmasını istəyib. Bildirib ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ailə və peşə sirləri ilə bağlı məlumatlar var, bunun yayılmasını istəmirlər.
Təqsirləndirilən şəxs də vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı bildirib ki, məhkəmə iclası açıq keçirilir, istənilən şəxs iclaslarda iştirak edə bilər.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, gələcəkdə bu məsələyə yenidən baxıla bilər.
Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və məhkəmə istintaqında araşdırılmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 18-ə təyin olunub.
Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖzəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlandı
04.02.2026Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu
04.02.2026Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb
04.02.2026Rusiyanın "Mir" ödəniş sisteminin POS-terminalları Bakıda necə çalışır? - "Bank VTB Azərbaycan" susur
04.02.2026Əmlak sığortasında ödənişlər 8 milyonu keçdi
04.02.2026
Maraqlar toqquşanda, işçi dürüst ola bilir?
04.02.2026Taleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"
04.02.2026Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir
04.02.2026Bakıya qar yağacaq, yollar buz bağlayacaq
04.02.2026
Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı
04.02.2026Məşhur kripto-investisiya şirkəti yarım milyard zərər etdi
04.02.2026Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
04.02.2026Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib
04.02.2026Taleh Kazımov: "Valyuta hərracında 54 milyon dollar satılıb"
04.02.2026Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib
04.02.2026Ötən ay Avropada təbii qaz 24%, ABŞ-da isə 78% bahalaşıb
04.02.2026Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb
04.02.2026