Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb

Redaktor

04.02.2026 13:55
453

Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bir sıra xarici ölkələrə sarımsaq ixrac edib.

Valyuta.az xəbər verir ki, hesabat dövründə Azərbaycandan xaricə 242,57 ton təzə və ya soyudulmuş sarımsaq ixrac olunub. İxracın ümumi dəyəri 346,06 min ABŞ dolları təşkil edib.

İxrac olunan ölkələr arasında Rusiya, Səudiyyə Ərəbistanı və Qırğızıstan yer alıb.

Belə ki, Rusiyaya ümumilikdə 242,21 ton sarımsaq ixrac edilib. Bu ixracın dəyəri 339,09 min ABŞ dolları olub. Rusiyaya göndərilən sarımsağın 1 kiloqramının orta ixrac qiyməti 1,39 ABŞ dolları və ya 2,37 manat təşkil edib.

Səudiyyə Ərəbistanına isə 0,31 ton sarımsaq ixrac olunub. Bu ölkəyə ixracın dəyəri 6,91 min ABŞ dolları olub. Səudiyyə Ərəbistanına göndərilən məhsulun 1 kiloqramı 22,29 ABŞ dolları və ya 37,89 manat səviyyəsində qeydə alınıb.

Hesabat dövründə Qırğızıstana da sarımsaq ixrac edilib. Bu ölkəyə 0,05 ton məhsul göndərilib və ixracın dəyəri 0,05 min ABŞ dolları təşkil edib. Qırğızıstana ixrac olunan sarımsağın 1 kiloqramının qiyməti 1 ABŞ dolları və ya 1,70 manat olub.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...