Redaktor
Avstraliya Çinin monopoliyasını sarsıtmaq istəyir - İlk addım atıldı
Avstraliya nadir torpaq metalları da daxil olmaqla kritik əhəmiyyətli faydalı qazıntılar üçün minimum qiymətin müəyyən edilməsi imkanını nəzərdən keçirir. Ölkə bazarda Çinin dominant mövqeyini məhdudlaşdırmaq və yeni mədənlərə, həmçinin emal layihələrinə xarici investisiyalar cəlb etmək niyyətindədir.
Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, qərarın elan edilməsi artıq yerli istehsalçıların səhmlərinin bahalaşmasına səbəb olub.
Avstraliya nadir torpaq metalları üzrə dünyada dördüncü ən böyük ehtiyatlara sahibdir. Bu kritik əhəmiyyətli minerallar müdafiə sənayesindən tutmuş texnoloji şirkətlərə qədər bütün sahələrdə istifadə olunur.
Bununla belə, Avstraliya kritik elementlərin hasilatı və emalı sahəsində Çindən xeyli geri qalır və onu yaxalamaq üçün ciddi səylər göstərməlidir. Eyni zamanda, ölkənin resurs sektoru tarixən xarici investisiyalardan asılı olub.
Pekin faktiki olaraq kritik əhəmiyyətli mineralların emalı bazarında monopolist mövqeyə malikdir və daha əvvəl ticarət mübahisələri zamanı tədarükü təsir vasitəsi kimi istifadə edib.
Avstraliya 843 milyon dollar dəyərində kritik faydalı qazıntılar ehtiyatı yaratmağı planlaşdırır. İlkin mərhələdə hökumət nadir torpaq elementlərinin, stibiumun və qalliumun alınmasına diqqət yetirəcək. Bu səylər Avstraliyanın 2025-ci ildə ABŞ ilə imzaladığı və Amerikanın Avstraliyanın kritik elementlərinə çıxışını genişləndirən tarixi sazişlə müşayiət olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏlverişsiz hava şəraiti Heydər Əliyev Aeroportunun uçuşlarına təsir edib? - AÇIQLAMA
04.02.2026Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək
04.02.2026Qızıl ehtiyatları tükənsə, nə baş verər?
04.02.2026Səhmlər 5 min manatdan başlayan qiymətlə satışa çıxarılır
04.02.2026Son bir ayda sərvətlərindən milyardlar itirən milyarderlər açıqlanıb
04.02.2026Bu il rezidentura imtahanları elektron formada olacaq
04.02.2026Avstraliya Çinin monopoliyasını sarsıtmaq istəyir - İlk addım atıldı
04.02.2026
Krediti bağlamaq üçün başqa banka müraciət etmək riskdir?
04.02.2026Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: xərclərinizi minimuma endirin ®
04.02.2026Özəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlandı
04.02.2026Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu
04.02.2026Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb
04.02.2026Rusiyanın "Mir" ödəniş sisteminin POS-terminalları Bakıda necə çalışır? - "Bank VTB Azərbaycan" susur
04.02.2026Əmlak sığortasında ödənişlər 8 milyonu keçdi
04.02.2026
Maraqlar toqquşanda, işçi dürüst ola bilir?
04.02.2026Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə başladı ®
04.02.2026Taleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"
04.02.2026Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir
04.02.2026Bakıya qar yağacaq, yollar buz bağlayacaq
04.02.2026