Redaktor
Son bir ayda sərvətlərindən milyardlar itirən milyarderlər açıqlanıb
Aylıq yenilənən milyarderlər indeksinin son hesabatına əsasən, dünyanın ən varlı şəxslərindən bəziləri son 1 ay ərzində milyardlarla dollar sərvət itirib.
Valyuta.az sərvətlərindən ən çox milyardları itirən 5 milyarderi təqdim edir:
Ən böyük azalma Larri Ellisonun sərvətində qeydə alınıb. Hesabata görə, o, son bir ayda 5,37 milyard dollar itirib. Hazırda Ellisonun sərvəti 207 milyard dollar təşkil edir.
İkinci sırada Mark Zuckerberg yer alıb. Meta şirkətinin rəhbəri son bir ay ərzində 5,03 milyard dollar itirib. Onun hazırkı sərvəti 244 milyard dollar səviyyəsində qiymətləndirilir.
Növbəti ən böyük azalma Jensen Huangun sərvətində müşahidə olunub. Nvidia-nın rəhbəri son bir ayda 4,28 milyard dollar itirib. Hazırda onun sərvəti 150 milyard dollar təşkil edir.
Cef Bezos da siyahıda yer alan milyarderlər arasındadır. Amazon-un qurucusu son bir ay ərzində 3,71 milyard dollar itirib. Bezosun hazırkı sərvəti 261 milyard dollar olaraq göstərilir.
Siyahını Larri Peyc tamamlayır. Google-un həmtəsisçisi son bir ayda 3,10 milyard dollar sərvət itkisi ilə üzləşib. Onun hazırkı sərvəti 290 milyard dollar səviyyəsindədir.
Sərvanə Rəmixanova