Ölüm halından sığortada yığımlar və ödənişlər artıb

Redaktor

04.02.2026 18:28
163

Ölüm halından sığortada yığımlar və ödənişlər artıb

2025-ci ilin yanvar-dekabr aylarında həyatın ölüm halından sığortası üzrə yığımlar 4 milyon 119 min manat və ya 12,05% artaraq 38 milyon 301 min manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, 2024-cü ilin eyni dövründə isə 34 milyon 182 min manat təşkil edib. 

Həyatın ölüm halından sığortası üzrə ödənişlərə gəldikdə isə ödənişlərdə də 785 min manat məbləğində  29,66% artım qeydə alınıb. 

Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında sözügedən sığorta növü üzrə ödənişlər 3 milyon 431 min manat olub. 2024-cü ilin eyni dövründə isə həyatın ölüm halından sığortası üzrə edilən ödənişlər 2 milyon 646 min manat idi. 

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...