Redaktor
Azərbaycanın kimə və nə qədər borcu var? - SİYAHI
Xəbər verdiyimiz kimi, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib.
Valyuta.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.
Qeyd edək ki, xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı – 1 702,9 milyon dollar (2 894,9 milyon manat);
- Avrobond üzrə investorlar – 1 387,3 milyon dollar (2 358,4 milyon manat);
- Dünya Bankı – 657,1 milyon dollar (1 117,1 milyon manat);
- İslam İnkişaf Bankı – 230,2 milyon dollar (391,3 milyon manat);
- Avropa Yenidənqurma və İnkişaf Bankı – 216,4 milyon dollar (367,9 milyon manat);
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi – 150,7 milyon dollar (256,2 milyon manat);
- Asiya İnfrastruktur və İnvestisiya Bankı – 78,6 milyon dollar (133,6 milyon manat);
- Digər kreditorlar – 390,3 milyon dollar (663,6 milyon manat).
Onu da qeyd edək ki, xarici dövlət borcunun 58,2%-i 5 ilə qədər olan müddətdə, 36,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 85,7%-i ABŞ dolları, 6,4%-i avro, 3,2%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,1%-i yapon yeni, 1,6%-i isə digər valyutalarla alınıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİcra hakimiyyətində struktur dəyişikliyi – İki nəfər vəzifəsini itirdi
04.02.2026İşçilər artıq iş yerlərini itirməkdən qorxmurlar
04.02.2026ABŞ prezidentlərinin aldığı ən bahalı hədiyyələr
04.02.2026Barbara Korcoranın maliyyə fəlakətindən qoruyan 5 əsas məsləhəti
04.02.2026Azərbaycanın kimə və nə qədər borcu var? - SİYAHI
04.02.2026Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşüb
04.02.2026Ölüm halından sığortada yığımlar və ödənişlər artıb
04.02.2026İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir
04.02.2026Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir
04.02.2026Pambıq ixracı azalıb
04.02.2026Əlverişsiz hava şəraiti Heydər Əliyev Aeroportunun uçuşlarına təsir edib? - AÇIQLAMA
04.02.2026Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək
04.02.2026Qızıl ehtiyatları tükənsə, nə baş verər?
04.02.2026Səhmlər 5 min manatdan başlayan qiymətlə satışa çıxarılır
04.02.2026Son bir ayda sərvətlərindən milyardlar itirən milyarderlər açıqlanıb
04.02.2026Bu il rezidentura imtahanları elektron formada olacaq
04.02.2026Avstraliya Çinin monopoliyasını sarsıtmaq istəyir - İlk addım atıldı
04.02.2026