Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu

Redaktor

04.02.2026 14:13
284

Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu

Dünyanın ən peşəkar biznes platforması olan "LinkedIn" ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsinə əsasən, Azərbaycan HR İnstitutu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə "LinkedIn-nin rəsmi tərəfdaşı olub.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan HR İnstitutu region ölkələrində fəaliyyət göstərən özəl və dövlət sektoruna aid təşkilatlara LinkedIn Talent Solutions-un tam portfelini təqdim edəcək.

Əməkdaşlıq istedadların cəlb edilməsi, işə qəbul proseslərinin optimallaşdırılması, əmək bazarı analitikası, HR brendinq və insan kapitalının inkişafı sahələrində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradacaq.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirilib ki, bu əməkdaşlıq yalnız tərəfdaşlıq deyil, eyni zamanda region üzrə strateji genişlənmə və təşkilatların transformasiyası baxımından mühüm addımdır. Məqsəd regionda fəaliyyət göstərən qurumların böyüməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı inkişafına dünya səviyyəli istedad həlləri ilə dəstək verməkdir. 

E.Hüseynov "LinkedIn" rəhbərliyinə göstərilən etimada və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və bu tərəfdaşlığın region üzrə uzunmüddətli dəyər yaradacağını vurğulayıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...