Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

Redaktor

04.02.2026 11:10
157

Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

Xarici ölkələrə səfər edən turistlərin ilk diqqət yetirdiyi məqamlardan biri də supermarketlərdəki qiymətlər olur. 

Valyuta.az xəbər verir ki, bu barədə bloger Nəcəf Əlizadə (Nadjaf Alizada) sosial şəbəkə hesabında paylaşım edib. O, Misirdə fəaliyyət göstərən supermarketlərdə gündəlik istifadə olunan məhsulların qiymətlərini Azərbaycanla müqayisə edib.

Paylaşıma əsasən, Misirdə bir sıra məşhur məhsulların qiyməti Azərbaycandakı analoji məhsullardan dəfələrlə ucuzdur.

Belə ki, “Lays” markalı çipslərin ən böyük ölçüsü Misirdə cəmi 55 qəpik olduğu halda, Azərbaycanda bu məhsulun qiyməti 1,79-3,40 manat arasında dəyişir. “Doritos” çipslərinin orta ölçüsü Misirdə 30 qəpik, kiçik ölçüsü isə Azərbaycanda 1,79 manat, orta ölçüsü isə 3,49 manat təşkil edir.

Şirniyyat məhsullarında da ciddi fərq müşahidə olunur. Misirdə şirniyyatların qiyməti əsasən 10-15 qəpik aralığında dəyişir, ən bahalıları isə 1 manatı keçmir. Məsələn, “KitKat” şokoladı Misirdə 30 qəpik olduğu halda, Azərbaycanda bu məhsul 1,55-3,29 manat aralığında satılır.

Məişət təmizləyici vasitələrdə də qiymət fərqi diqqət çəkir. “Tide” yuyucu vasitəsinin ən böyük qabı Misirdə 6 manata, Azərbaycanda isə 5 kiloqramlıq qablaşdırma 28 manata təklif olunur. “Persil” yuyucu vasitəsi Misirdə 4 manat, Azərbaycanda isə 7–20 manat arasında dəyişir. Sabunların qiyməti isə Misirdə cəmi 7 qəpik təşkil edir.

Bundan əlavə, uşaq bezləri 6 manata, bitki yağlarının ən bahalı növləri 4 manata, şirələr isə 1-1,60 manat aralığında satılır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu

04.02.2026

Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb

04.02.2026

Rusiyanın "Mir" ödəniş sisteminin POS-terminalları Bakıda necə çalışır? - "Bank VTB Azərbaycan" susur

04.02.2026

Əmlak sığortasında ödənişlər 8 milyonu keçdi

04.02.2026
Maraqlar toqquşanda, işçi dürüst ola bilir?

Maraqlar toqquşanda, işçi dürüst ola bilir?

04.02.2026

Taleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"

04.02.2026

Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir

04.02.2026

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04.02.2026
Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı

Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı

04.02.2026

Məşhur kripto-investisiya şirkəti yarım milyard zərər etdi

04.02.2026

Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

04.02.2026

Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib

04.02.2026

Taleh Kazımov: "Valyuta hərracında 54 milyon dollar satılıb"

04.02.2026

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

04.02.2026

Ötən ay Avropada təbii qaz 24%, ABŞ-da isə 78% bahalaşıb

04.02.2026

Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb

04.02.2026
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

04.02.2026

IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı - SİYAHI

04.02.2026

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

04.02.2026

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfəyə yaxın üstələyib

04.02.2026

Məzənnə

Yüklənir...