Redaktor
Dünyada nə qədər pul var?
Pul qlobal iqtisadiyyatın əsas dayağıdır, lakin onun dəqiq həcmini hesablamaq mümkün deyil. Səbəb pulun müxtəlif formalarda - nağd vəsait, bank hesabları, əmanətlər, investisiya alətləri və rəqəmsal aktivlər şəklində mövcud olmasıdır. Buna baxmayaraq, mövcud statistikalar dünyadakı pul kütləsi barədə ümumi mənzərə yaratmağa imkan verir.
Valyuta.az xəbər verir ki, "RankRed" analitik platformasının 2026-cı il üzrə hesablamalarına görə, dünyada mövcud olan ümumi pul həcmi təxminən 123 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu göstəriciyə dövriyyədə olan nağd pul, banklardakı vəsaitlər, əmanətlər, investisiya fondları və pul bazarı alətləri daxildir.
Pul kütləsi mərkəzi banklar tərəfindən M0, M1 və M2 göstəriciləri ilə ölçülür. Hazırda yalnız fiziki pul dövriyyəsini əhatə edən M0 təxminən 8,3 trilyon dollar, nağd pul və cari hesabları əhatə edən M1 isə 50 trilyon dollar həcmində qiymətləndirilir. Daha geniş anlayış olan M2 göstəricisi isə qlobal miqyasda 123 trilyon dollara yaxınlaşır. ABŞ-ın mərkəzi bankı olan "Federal Reserve" 2006-cı ildən etibarən M3 göstəricisini ayrıca açıqlamır.
Xatırladaq ki, dünyada pul anlayışı yalnız bank hesabları ilə məhdudlaşmır. 2025-ci ilin sonuna dünya üzrə səhm bazarlarının ümumi dəyəri 126 trilyon dolları ötüb. Ən böyük pay ABŞ-ın payına düşür. Bundan da böyük sərvət isə daşınmaz əmlak sektorunda cəmlənib - qlobal daşınmaz əmlak bazarının dəyəri 380 trilyon dollara yaxın qiymətləndirilir.
Rəqəmsal aktivlər də qlobal maliyyə sistemində yer tutur. "CoinMarketCap"ın məlumatına görə, 2025-ci ildə kriptovalyuta bazarının ümumi həcmi təxminən 4 trilyon dollar olub. Bu, ümumi qlobal sərvətlə müqayisədə hələ də kiçik pay deməkdir.
Bununla yanaşı, qlobal sərvət bərabər paylanmayıb. Araşdırmalar göstərir ki, dünyanın ən varlı 1%-i ümumi sərvətin yarıdan çoxuna nəzarət edir. "Forbes"in məlumatına görə, dünyada 3 mindən çox milyarder var və onların ümumi sərvəti 16 trilyon dollardan artıqdır.
Ekspertlər hesab edirlər ki, gələcəkdə pulun ümumi həcmi artmağa davam edəcək, lakin nağd pulun payı azalacaq. Rəqəmsal ödənişlər, mobil bankçılıq və mərkəzi bankların rəqəmsal valyutaları qlobal maliyyə sistemində daha böyük rol oynayacaq.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026