Redaktor
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
Xarici ölkələrə səfər edən turistlərin ilk diqqət yetirdiyi məqamlardan biri də supermarketlərdəki qiymətlər olur.
Valyuta.az xəbər verir ki, bu barədə bloger Nəcəf Əlizadə (Nadjaf Alizada) sosial şəbəkə hesabında paylaşım edib. O, Misirdə fəaliyyət göstərən supermarketlərdə gündəlik istifadə olunan məhsulların qiymətlərini Azərbaycanla müqayisə edib.
Paylaşıma əsasən, Misirdə bir sıra məşhur məhsulların qiyməti Azərbaycandakı analoji məhsullardan dəfələrlə ucuzdur.
Belə ki, “Lays” markalı çipslərin ən böyük ölçüsü Misirdə cəmi 55 qəpik olduğu halda, Azərbaycanda bu məhsulun qiyməti 1,79-3,40 manat arasında dəyişir. “Doritos” çipslərinin orta ölçüsü Misirdə 30 qəpik, kiçik ölçüsü isə Azərbaycanda 1,79 manat, orta ölçüsü isə 3,49 manat təşkil edir.
Şirniyyat məhsullarında da ciddi fərq müşahidə olunur. Misirdə şirniyyatların qiyməti əsasən 10-15 qəpik aralığında dəyişir, ən bahalıları isə 1 manatı keçmir. Məsələn, “KitKat” şokoladı Misirdə 30 qəpik olduğu halda, Azərbaycanda bu məhsul 1,55-3,29 manat aralığında satılır.
Məişət təmizləyici vasitələrdə də qiymət fərqi diqqət çəkir. “Tide” yuyucu vasitəsinin ən böyük qabı Misirdə 6 manata, Azərbaycanda isə 5 kiloqramlıq qablaşdırma 28 manata təklif olunur. “Persil” yuyucu vasitəsi Misirdə 4 manat, Azərbaycanda isə 7–20 manat arasında dəyişir. Sabunların qiyməti isə Misirdə cəmi 7 qəpik təşkil edir.
Bundan əlavə, uşaq bezləri 6 manata, bitki yağlarının ən bahalı növləri 4 manata, şirələr isə 1-1,60 manat aralığında satılır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTaleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"
04.02.2026Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir
04.02.2026Bakıya qar yağacaq, yollar buz bağlayacaq
04.02.2026Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı
04.02.2026Məşhur kripto-investisiya şirkəti yarım milyard zərər etdi
04.02.2026İlham Əliyevlə Nikol Paşinyan sabitliyin möhkəmləndirilməsi üçün hazır olduqlarını təsdiqləyiblər
04.02.2026Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib
04.02.2026Taleh Kazımov: "Valyuta hərracında 54 milyon dollar satılıb"
04.02.2026Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib
04.02.2026Ötən ay Avropada təbii qaz 24%, ABŞ-da isə 78% bahalaşıb
04.02.2026Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb
04.02.2026
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
04.02.2026IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı - SİYAHI
04.02.2026Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
04.02.2026Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfəyə yaxın üstələyib
04.02.2026AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
04.02.2026Azərbaycanda bütün limanlar bağlandı
04.02.2026Tokenlər niyə listinqdən sonra dəyər itirir: bazar prizmasından baxış
04.02.2026Mərkəzi Bank uçot dərəcəsini azaldıb
04.02.2026