Redaktor
05.04.2025 11:58
609
"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?
Bayram günlərində paytaxtda və Sumqayıtda tikinti şirkətlərinin yol verdiyi neqativ əməllər barədə qalxmış ictimai ajiotaj hələ də səngiməyib. Bu sahədə özbaşınalıq və ədalətsizliyin olduğu danılmazdır. Məsələnin başqa bir neqativ tərəfi də odur ki, hazırda tikinti şirkətlərinin əksəriyyəti vur-həşirlə məhz paytaxtda və onun yaxın ətrafında inşa işləri ilə məşğuldur.
Bu isə onsuz da əhalinin sıx yaşadığı Bakını bir az da yükləməklə yanaşı, paytaxtda mənzillərin qiymətinin fantastik həddə qədər şişməsinə rəvac verir. Halbuki digər bölgələrdə geniş tikinti-quruculuq işləri aparılsa, bu həm o ərazilərin məskunlaşdırılması işlərinə töhfə verər, həm də ölkə əhalisinin respublikanın bir nöqtəsində təmərküzləşməsinin qarşısını alar. Nəticədə ölkəmizdə bir neçə yox, daha çox sayda iri şəhərlər əmələ gələr.
Bu baxımdan paytaxtda mənzil tikintisinin məhdudlaşdırılması üçün xüsusi qanuna, sərəncama ehtiyac varmı?
Deputat Vüqar Bayramov vurğulayıb ki, inşaat şirkətlərinin tələbin yüksək olduğu ərazilərdə cəmləşməsi təbiidir. "Yeni Müsavat”a mövzunu şərh edən deputat bildirib ki, bu, paytaxtda mənzillərə tələbin yüksək olması ilə əlaqədardır:

"Bu sahədə qaydaların daha da təkmilləşdirilməsi vacibdir. Xüsusilə nəzərə almaq lazımdır ki, tələb yüksəkdir. Buna görə də inşaat işləri günü-gündən genişlənir. Digər tərəfdən isə inşaat yeni standartlarla həyata keçirilir. Tikinti şirkətləri ilə alınan ərazilərdə yaşayan yaxud məskunlaşmış sakinlərlə münasibətlərin tənzimlənməsi, sivil qaydada daha çevik prosedurların tətbiqinə ehtiyac var. Tikinti şirkətləri inşaatı daha tez zaman bitirməkdə maraqlı olsalar da, vətəndaşların mülkiyyət hüququnun qorunması vacibdir. Bu baxımdan yeni meyarların tətbiq edilməsinə ehtiyac var. Gözlənti ondan ibarətdir ki, növbəti dövrlərdə də tikinti şirkətləri daha çox Bakıda inşaat işləri həyata keçirməkdə maraqlı olacaqlar”.
İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hər hansı sahədə qanunsuzluq həmin sahədə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yaratmır. Onun fikrincə, məhdudiyyətlər sahənin çöküşünə səbəb ola bilər:

"Qanunsuzluqlarla qanuni mübarizə yolları var. Dünyanın hər yerində qanunsuzluqlar baş verir və bununla ciddi mübarizə aparılır. Hesab edirəm ki, tikinti yaxud biznes sahəsinə məhdudiyyət qoyulması iqtisadi nöqteyi-nəzərdən doğru deyil çünki bu, həmin sahədə fəaliyyətin azalmasına səbəb olur. Bu isə öz növbəsində həm sahibkarlıq fəaliyyətinə məhdudiyyət yaradır, həm də gələcək investorlar üçün neqativ siqnal ola bilər. Bu həmçinin iş yerlərini məhdudlaşdıra bilər. Fikrimcə, məhkəmə institutları daha da möhkəmlənməlidir, qanunsuzluqlarla ciddi mübarizə aparılmalıdır".
Hüquqşünas Fariz Əkbərov isə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur:

"Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu hallarda məhkəməyə müraciət etmək hüququna malikdirlər. Hətta özbaşına tikintilər olarsa belə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4 maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır. Həmin qərardan sonra söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirilməlidir".
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq
11.02.2026Fariz Babayevə yeni vəzifə verildi
11.02.2026Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız
11.02.2026Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə
11.02.2026“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®
11.02.2026Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?
11.02.2026"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb
11.02.2026Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
11.02.2026“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”
11.02.2026Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək
11.02.2026İcra başçısının müavini işdən çıxdı
11.02.2026AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb
11.02.2026Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI
11.02.2026Lari Ellisonun proqram təminatı 49 milyard dollar itirib
11.02.2026Məzənnə
Yüklənir...