"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir"

Redaktor

18.03.2026 09:00
740

"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir" - Marketoloq

Bir çox sahibkar üçün marketinq, rəngli afişalar və səs-küylü reklam çarxlarından ibarət bir vitrindir. Lakin reallıqda reklam, nəhəng bir marketinq mexanizminin yalnız ən son və ən görünən halqasıdır. Bizneslər bu "parıltılı" reklamların kölgəsində qalan bəzi kiritik detalları gözardı edirlər.

Bəs həqiqətən marketinq sadəcə reklamdırmı?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirir ki, bir çox sahibkar marketinq deyəndə ilk olaraq reklamı düşünür:

"Facebook" reklamları, "Google Ads" və ya müxtəlif kampaniyalar… Amma bu yanaşma marketinqin əsl mahiyyətini xeyli daraldır. Əslində isə reklam marketinqin yalnız görünən hissəsidir. Marketinq daha dərindən, müştərini anlamaqla başlayır. Onun nə istədiyini, hansı problemi yaşadığını və hansı həlli axtardığını başa düşmədən edilən hər bir reklam sadəcə təsadüfi nəticələr verə bilər.

Bu səbəbdən də bir çox biznes reklama pul xərcləyir, amma istədiyi nəticəni əldə etmir. Əsas problemlərdən biri odur ki, bizneslər məhsulu ön plana çıxarmağa çalışır, amma dəyəri izah etmirlər. Halbuki insanlar məhsul almır, onlar probleminin həllini alır. Əgər sən müştərinin problemini düzgün təqdim etmirsənsə, ən yaxşı reklam belə sənin üçün işləməyəcək".

"Digər bir məsələ isə strategiyanın olmamasıdır. Plansız şəkildə edilən marketinq fəaliyyəti çox vaxt sadəcə büdcə itkisinə çevrilir. Marketinq təsadüfi addımlar deyil, ardıcıl və düşünülmüş qərarlar sistemidir. Bu sistem olmadan isə uzunmüddətli nəticə əldə etmək demək olar ki, mümkün deyil. Bundan əlavə, bir çox biznes qısamüddətli nəticələrə fokuslanır. Reklam verdikdən dərhal sonra satış gözləyirlər və əgər bu baş vermirsə, marketinqin işləmədiyini düşünürlər. Halbuki güclü marketinq zamanla formalaşır? brendin tanınması, güvənin yaranması və müştəri ilə əlaqənin qurulması bir günün işi deyil" - deyə S.Mehdiyev qeyd edir.

Marketoloq deyir ki, ən kritik çatışmazlıqlardan biri də analitikanın nəzərə alınmamasıdır:

"Nəyin işlədiyini, nəyin işləmədiyini ölçmədən qərar vermək biznesi kor idarə etmək kimidir. Marketinq rəqəmlərlə işləyir və bu rəqəmlər düzgün oxunmadıqda nəticə də təsadüfi olur. Nəticə olaraq, marketinq sadəcə reklam deyil. Bu, biznesin böyüməsini təmin edən kompleks bir sistemdir. Müştərini anlamaqdan başlayıb, ona dəyər yaratmaq və bu dəyəri düzgün şəkildə çatdırmaqla davam edən bir prosesdir. Reklam isə bu prosesin sadəcə bir hissəsidir. Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir? onlar bazarda mövqe qurur və davamlı şəkildə böyüyür".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...